Böyük miqdarda su ilə qarşılaşmasaydı, qaya ucqunu oradaca dayanardı - hidroloqla müsahibə

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Hidroloq Nika Tsitelaşvili

“Əgər proqnoz verilsəydi, bu faciənin qarşısını almaq olardı. Deyəndə ki, proqnozlaşdırmaq mümkün deyildi, bu, özlüyündə yanlışdır. Belə bir təbii fəlakətin inkişafı üçün ona çoxlu miqdarda su lazımdır. Birbaşa qaya parçasını qopmasının oxşar bir şeyə səbəb olması iddiası yanlışdır. Milli Ətraf Mühit Agentliyi çayın səviyyəsində əhəmiyyətli dəyişikliklər olmadan orada böyük miqdarda suyun necə yığılması ilə bağlı əsas suala cavab vermir”,  deyə hidroloq, İlia Universitetinin dosent-professoru, ABŞ-ın San Dieqo Dövlət Universitetinin doktorantı Nika Tsitelaşvili “Dağ Xəbərləri”nə müsahibəsində bildirir.

Əminəm ki, bu təbii fələkətin cərəyan etməsi zamanı insan tələfatı, əsasən, insanların hara getməli olduqlarını başa düşməmələri və ola bilsin ki, palçıq axınının əks istiqamətinə, yəni üzərinə doğru hərəkət etmələri ilə bağlıdır ki, bu da ilkin problemdir. Belə bir şey baş verdikdə insan bilməlidir ki, mümkün qədər yüksək, möhkəm yer tapmalıdır ki, sağ qala bilsin.

İnsan tələfatının qarşısını almaq üçün 10 dəqiqə kifayət edərdi.

- Nika, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri əvvəllər demişdi ki, Milli Ekologiya Agentliyinin mütəxəssisləri Buba çayını və onun vadisini təhlükəli hesab etmirlər. Siz Buba vadisinin 2005, 2018 və 2020-ci illərə aid peyk şəkillərini dərc etmisiniz ki, bu da vəziyyətin pisə doğru dəyişdiyini göstərir. 2017-ci ildə eyni vadidə baş verən sürüşmədən sonra Buba vadisi hələ də Milli Ətraf Mühit Agentliyinin müşahidəsi altında olmalıdırmı?

- 2005-ci ilin peyk fotosu çayın oxşar şəkildə palçıq axınına meyill olmadığını göstərir, çünki çay hövzəsində ağaclar, qamışlar, yeni böyümələr var ki, bu da çayda suyun səviyyəsinin maksimumu keçmədiyini göstərir. Artıq 2018-ci ildə çayın hövzəsi faktiki olaraq təmizlənib, yerin üstü görünür və palçıq axının keçə bilməsi faktı göz qabağındadır. Həmçinin 2018-ci illə müqayisədə 2020-ci ildə qeyd olunan vəziyyət daha da pisləşib ki, bu da burada bəzi geodinamik proseslərin başlanılıb, aktivləşməsinə işarədir.

Hətta peykdən çəkilən fotoşəkillərə görə belə, sözügedən çay nəzarət altına alınmalı idi, çünki oxşar tipli proseslərin inkişafı göz qabağındadır.

Həmçinin, bütün dünyaya məlumdur ki, Raça xüsusilə palçıqlı daşqınlara məruz qalan bir bölgədir. Ona görə də bütün bunları etməli idilər. Təkcə Ətraf Mühitin Mühafizəsi Milli Agentliyi deyil, digər maraqlı tərəflər də, ilk növbədə, buranın abadlaşdırılmasının qayğısına qalan bələdiyyəyə risk zonalarını müəyyən edilməli idi.

- Ətraf Mühitin Mühafizəsi Nazirinin birinci müavini Nino Tandilaşvili avqustun 9-da media və mütəxəssislərin seçmə şəkildə dəvət olunduğu brifinqdə bildirib ki, [“Dağ Xəbərləri” qərar qəbul edən şəxslərə sual ünvanlanılması üçün dəvət olunmayıb] “ 1,5 hektar əraziyə yayılmış Buba çayı vadisindən yarım milyon kubmetrə yaxın qayalıq kütlə qopub, bu qopma nəticəsində 62 hektar buzlu kütləni götürərək çox yüksək sürətlə bütün vadidən keçib”. Sizcə, bu proses nə dərəcədə realdır?

- Oxşar bir təbii prosesin inkişafı üçün ona çoxlu miqdarda su lazımdır.

Yalnız qırılmış buzlaq və ya onun bir hissəsi, qaya kütləsi və ya buzlaqlı qaya kütləsi onu hərəkətə gətirə bilməz. Həmin qaya uçqunu böyük miqdarda su ilə qarşılaşmasa idi, oradaca dayanacaqdı. Ona görə də ağlıma gələn ilk sual bu oldu və Milli Ekologiya Agentliyinin rəyində buna cavab tapa bilmədim.

Özlərinin də qeyd etdiyi kimi, hərəkətə keçən kütlə 5 milyon kubmetr idi. Bu miqdarda kütləni hərəkət etdirmək üçün ən azı 1 milyon kubmetr maye su lazımdır.

- Dünənki brifinqdə nazir müavini bir daha təkrar etdi ki, “fəlakətdən əvvəl heç bir su kütləsi yığılması halı olmayıb”, lakin oradaca əlavə edib ki, “mütəxəssislərin apardığı hesablamalar nəticəsində yerin səthində görünməyən buzlaqaltı göllər aktivləşib və sonda iri miqyaslı palçıq axını prosesini doğurub”. Nazir müavininə inansaq, ola bilsin ki, buzlaq daxilində, normal rejimdə, azı bir neçə günlük su birikməsi olmadan o qədər su toplanmış olmalıdır ki, çayın heç də ensiz olmayan 3 km-lik vadisində qarşısına çıxan hər şeyi, qaya parçalarını, daşları, ağacları qoparıb aşağı gətirsin?

- Qısaca desək, xeyr. Bütün bunları Milli Ətraf Mühit Agentliyi əsaslandırmalıdır ki, onlar nə üçün suyun orada çayın səviyyəsinə təsir etmədən maye halda və buzlaqın altında yığıldığını düşünürlər. Bunu sübut etmək üçün onlar bu qənaətə gəldikləri müvafiq sənədləri dərc etməlidirlər.

- Milli Ekologiya Agentliyindən əsaslandırmasını tələb etdiyiniz, buzlağın altında bu qədər sunun birikməsi mümkün deyil?

- Buzlağın maye su kütləsindən azad olunması zonası, belə desək, buzlaq dilinin dibidir - su dibidən çıxır. Bəzi kiçik göllər ola bilər, amma o, mərkəzdə, o qədər dərin olardı ki, yuxarıdan gələn hansısa mexaniki hərəkətlə yerindən tərpənməsi mümkün olmazdı.

- Ola bilər mi ki, agentliyin və ya nazirliyin bu qədər inadla təkrarladığı qaya kütləsi buzlaqın dilinin bağlanmasına səbəb olsun ki, bu da bir neçə gün içərisində suyun birikməsinə və nəhayət qopub hər şeyi yuyub aparmasına səbəb olsun?

- Xeyr, orada nəyinsə dayandığı da görünmür.

Onlar çayın səviyyəsini əhəmiyyətli dərəcədə dəyişmədən suyun oraya necə [böyük miqdarda] gəldiyi ilə bağlı əsas suala cavab vermirlər.

Mən Milli Ətraf Mühit Agentliyi ilə razıyam ki, orada su olub. Bu kütlə su olmadan hərəkətə gəələ bilməzdi, lakin bu suyun hansı hissədə yığıldığını izah etməlidirlər. Buzlaq elə qəfil ərimir, onun öz vaxtı var, 62 hektarlıq buzlaq 5 dəqiqəyə əriyə bilməz. Bu ki absurddur? Hər şeyi hərəkətə gətirən sudur. Artıq orada vəziyyət hazırlanmışdı, qaya kütləsi sadəcə hər şeyi yuyub gətirən təkan idi.

Belə bir şeyə səbəb kimi birbaşa qaya parçasını qopmasını göstəmək yanlışdır. Palçıq axınını əsas hərəkətə gətirən elementlərdən biri böyük miqdarda sudur. Xüsusilə struktur palçıq axınından danışırıqsa.

Turbulent palçıq axını, böyük bir su axınının öz yolu boyunca materialları süpürüb apardığı bir axın növüdür. Məsələn, 2017-ci il hadisəsi yolunda hər şeyi süpürüb aparan klassik turbulent palçıq axını idi. Bu vəziyyətdə daha çox struktur və turbulent arasında keçiddir, çünki saysız kütlə gətirilir, xüsusən də hissəciklərdən, qum, lava şəkilli kütlələr.

Ərazilərin özləri bir-birindən çox fərqlidir. Əgər çökmüş qaya kütləsi 0,5 milyon kubmetr idisə, o, necə hesablanıb, qaralama baxışı ilə və ya hansı üsulla? Onlar bu qənaətə gəldikləri əsaslandırma və məlumatları təqdim etməyiblər.

- Yəni, Milli Ətraf Mühit Agentliyi bizə bir qənaət təklif edir, lakin bunun nəyə, hansı üsula əsaslandığını bilmirik.

- Bəli, bu nəticəyə nəyə əsasən gəldiklərini ictimai şəkildə dərc etmirlər. 1,5 hektar əraziyə yayılan şey, orada su olmasaydı, 62 hektar ərazidə yayılmış kütləni fiziki olaraq hərəkət etdirə bilməzdi.

Özləri deyirlər ki, buzlaqaltı göllər olub. Ora su yığılmayıbsa, bu göl necə yaranıb?!

Çançaxanın özünün su kütləsində Buba çayının suyunun iştirakını demirlər. 10%, 20%, bəlkə də 50%. Peyk görüntülərinə baxsaq, Buba suyu vadisində Çançaxa vadisinin özündəkindən daha çox buzlaq var və buna görə də yağış və ya başqa hər hansı əlavə hidrometeoroloji faktor olmasa, yalnız buzlağın əriməsi şəraitində belə çıxa bilər ki, Bubistskali vadisinə Çançaxdakından daha çox su axsın. Su səviyyəsinə dair məlumatları Milli Ətraf Mühit Agentliyinin onların hesabatlarına qrafik şəklində daxil etdikləri hidroqrafından da görmək olar.

Qrafikdən görünür ki, son 2 ayda suyun minimum səviyyəsi iyulun 31-də olub. Suyun səviyyəsi iyulun 13-16-sı aralığında fasilələrlə yağan yağışlara baxmayaraq, kəskin şəkildə aşağı düşüb və bu, belə bir hadisənin niyə baş verdiyinə dair şübhələr yaradır.

İyulun 16-19-da suyun səviyyəsi daha da aşağı düşüb. Buna görə də, onlar suyun səviyyəsini ölçən cihazın nə qədər yaxşı işlədiyini təqdim etməlidirlər. Əgər texniki cəhətdən düzgün idisə, o zaman yağışa baxmayaraq çayda suyun səviyyəsinin müəyyən miqdarda qalxmamasına nə səbəb olub, bunun izahı nədir.

Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin cədvəlinə əsasən, temperatur xeyli artıb, buzlaqlar intensiv şəkildə əriyir. Həmin dövrdə təxminən 10-15 millimetr yağıntı qeydə alınıb ki, bu da müəyyən səbəblərdən hidroqrafda əks oluna bilməyib. Çox cüzi artım var və burada məndə belə bir şübhə yaranır ki, ertəsi gün çayın axınında köklü azalma var. Ola bilsin ki, buzlaqda nəsə olub ki, buzlaqdan çıxan axını dayandırıb və gələn atmosfer yağıntıları bunu kompensasiya edib. Nəticə etibarilə, pik, olması lazım olduğu kimi deyildi.

Əvvəlki illərin məlumatları eyni dövr üçün, eyni ölçüdən təqdim edilməlidir ki, müqayisə etmək imkanımız olsun.

Buzlaq çayları ən çox sunu ərimə zamanı buraxır. Qafqazda ərimə piki iyul, avqust və sentyabrın birinci yarısıdır.

Orada baş verənlər tez, ani bir hadisə deyil, bunun müəyyən vaxta ehtiyacı var. Hər cür təbii fəlakətlərin inkişafının əvvəlcədən planlaşdırıcılara ehtiyacı var.

- Hökumət bəyan edir ki, bu miqyasda fəlakəti əvvəlcədən proqnozlaşdırmaq praktiki olaraq mümkün deyil və biz faciədən yayına bilməzdik. Şovi faciəsi ilə bağlı suallar verən “Dağ Xəbərləri”, “Yaşıl Alternativ”, Seysmik Monitorinq Mərkəzi ilə bağlı parlament sədri, parlament çoxluğunun rəhbəri və digər məmurlar əsassız və məsuliyyətsiz bəyanatlarla üzərimizə hücum çəkirlər. Nika, bunu proqnozlaşdırmaq mümkün idi ya yox?

- Deyəndə ki, proqnozlaşdırmaq mümkün deyildi, bu, özlüyündə yanlışdır.

Hansı növ proqnozlaşdırma mümkün deyil? Uzunmüddətli bütün variantlarda istənilən çayda, istənilən yerdə mümkündür. Əgər biz uzunmüddətli bir proqnoz vermiş olsaydıq, qısamüddətli proqnoz mümkün olardı. Uzunmüddətli proqnozlaşdırma bizə bu kimi halların qarşısının alınmasıda çoxlu imkanlar verir. O cümlədən, bu fövqəladə yardımın göstərilməsi, oxşar ərazilərdə müvafiq təxliyə yerlərinin təşkili istiqamətindədir ki, təbii fəlakətin cərəyan etdiyi halda insan hara gedəcəyini, özünü necə xilas edəcəyini bilsin, qarışıqlıq olmasın.

Onlar deyəndə ki, proqnozlaşdırmaq mümkün deyil və oradaca kommunistlərin çayın məcrasını dəyişdirdiklərini və bu gün çayın öz yolunu tapdığını vurğulamalarından görünür ki, onlar bunu əvvəlcədən biliblər və müvafiq olaraq belə proseslər cərəyan edərkən əvvəlcədən yaxşı hazırlaşmalıdırlar.

Erkən xəbərdarlıq sisteminin mühüm hissələrindən biri də ekspedisiya tədqiqatlarıdır. Yayda, xüsusən də ən azı iyul-avqust aylarında buzlaqları yoxlayan xüsusi qruplar olmalıdır. Buz təbəqəsi bu dövrdə ən həssasdır və əriməyə davam edir. Buna görə də proqnozlaşdırmanın birinci və belə demək mümkünsə ilkin mərhələsi uzunmüddətli proqnozdur. Milli Ətraf Mühit Agentliyinin bu sahədə təcrübəsi var. 2015-2016-cı illərdə Kaxeti bölgəsində, bir neçə çayda, xüsusən də Kvareli, Durucda palçıq uçqununa meyilli çaylar olduqları  üçün oxşar risk zonaları və daşqın zonaları hazırladı. Kvarelidə ictimai yerlərdə hələ də insanlara sığınacaq tapa biləcəkləri və sağ qalma şanslarının daha yüksək olduğunu göstərən müxtəlif növ məlumat lövhələri asılıb. Bu kurortun yenidən qurulmasına qərar verilən ilk gündən Şovidə də belə bir şey edilməli idi, xüsusən də kommunistlərin çayın məcrasını dəyişdirdiyini bildikləri halda. Yəni, əvvəldən səhv etdilər, səhv qərar verdilər və bura təhlükəli ehtiva edən yer idi.

Milli Ətraf Mühit Agentliyi Kaxeti çaylarında oxşar modelləşdirmə apararkən, xatırladığım qədərilə, biz Polşa səfirliyindən qrant dəstəyi almışdıq. Bu başa çatdıqdan sonra digər təbii aktiv çay vadilərində oxşar modelləşdirmənin niyə davam etdirilmədiyini bilmirəm. O təlimlər, təkrardan hazırlamalar əbəs yerə aparıldı? Söhbət “İqlim Yaşıl Fondu” qrantı çərçivəsində böyük çaylarda tikilən sistemlərdən getmir. Kiçik çaylarda da bunu etmək lazımdır, çünki burada proseslər daha sürətlə inkişaf edir. Əgər Rioni çayında oxşar təsiri əks etdirmək üçün bir saat lazım idisə, kiçik çaylarda bu, bir neçə dəqiqə məsələsi idi. Buna görə də oxşar proqnozlar olduqda, ilk olaraq yaşayış məntəqələrindən keçən kiçik çaylarda edilməlidir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur