Çajaş kəndində Nijaradzelər tərəfindən reabilitasiya olunmuş maçubi dağılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Zemo Svanetidə, Uşquli icmasının Çajaş kəndində Nijaradzelər ailəsinin tarixi Svan maçubisi dağılıb. Kənd YUNESKO-nun dünya mədəni irsi abidəsi statusuna malikdir və muzey elan edilib. Çajaş qüllələri, maçubi və kilsələr orta əsrlərdə tikilib.

Əsrlər boyu tab gətirən və bir neçə il əvvəl reabilitasiya edilən Nijaradzelərin maçubisi bu gün tamamilə məhv olmaq ərəfəsindədir. Potola Nijaradze "Gürcüstan Xəbərləri"nə bildirib ki, tarixi binada izolyasiya materialı, eyni adlı xüsusi şiferlə 2016-cı ildə örtülüb, damın daşı parça-parça düzülüb. Damın örtülməsinin bu üsulu işə yaramadı, binanın divarları su ilə islandı və dünən onlardan biri demək olar ki, tamamilə uçdu. Dam örtüyündən az sonra çatlar görünməyə başlayıb.

“Valideynlərimin atamın əmisindən aldığı, bütün ömrü boyu halal zəhmətlə borcunu ödədikləri Svan tikilişi ev, maçubimiz dağıldı. Əsrlərlə yaşı olan tikili şifer ilə örtülənə qədər heç bir dəyişiklik keçirmədən salamat qalmışdı. Çajaşdakı demək olar ki, bütün Svan evlərinin damı bu cür örtülüb və az-çox hamısı bu problemlə üzləşir”, - Potola Nijaradze deyir.

Nijaradze ailəsi illərdir ki, ata-baba evinin təmirini istəyir. Potola Nijaradzenin sözlərinə görə, onlar bir neçə dəfə Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinə müraciət ediblər, hətta işləri öz vəsaitləri hesabına həyata keçirməyi təklif ediblər, lakin nazirlik məktubların heç birinə cavab verməyib. Mədəni irs abidəsində icazəsiz reabilitasiya işlərinin aparılması qadağandır.

Divarının uçmasından əvvəl Nijaradzelərin maçubisi

“Tələb edirik ki, ya diqqət etsinlər və lazım gəldiyi kimi bərpa etsinlər, ya da bizə icazə versinlər və biz onu bərpa edək ki, dözsün, dağılmasın. Sonuncu məktubla bir neçə ay əvvəl Abidələrin Mühafizəsi Nazirliyinə müraciət etsək də, nəticəsi olmadı. Dəyərli hər şey uçur-dağılır. Bu tarixin məhvindən sonra heç bir ziyarətçinin Uşqulini ziyarət etmək istəyəcəyini düşünmürəm”, - Potola Nijaradze qeyd edir.

Uşquli icmasının kəndləri arasında ən çox Svan qalası Çajaşdadır. Kompleksə 13 qüllə, 4 qala evi, 21 maçubi və 11 xalq məskəni daxildir. Çajaş qüllələri və maçububilərinin bərpası prosesinə 2014-cü ildə başlanılıb.

 

Bu mövzu haqqında “Dağ Xəbərələri” materialları ilə tanış olun: 

Niyə Uşquli Dünya İrsi Abidəsi Statusunu itirə bilər? 

 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur