38 yaşlı polis polkovniki Teymuraz Kalandadze Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin rəisi təyin edilib. Müxtəlif vaxtlarda vətəndaşlar Kalandadzeni qeyri-insani rəftarda, işgəncədə, zorlama ilə hədələməkdə ittiham ediblər. Samtsxe-Cavaxeti Polis İdarəsinin rəisi işlədiyi müddətdə onun adı müstəqil yerli nəşrə təzyiqlər və redaksiya yaxınlığında polisin təşkil etdiyi etiraz aksiyaları ilə hallanır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
2013-cü ildə Teymuraz Kalandadze Kaxeti regional baş bölməsində - rayon müfəttişləri şöbəsinin rəisi vəzifəsində çalışıb. KİV-in məlumatına görə, bundan əvvəl o, Qldani-Nadzaladevi polisinin müstəntiqi olub. Məhz bu dövrdə ona yaraşmayan davranışına görə Daxili İşlər Nazirliyi tərəfindən şiddətli töhmət verilib. Söhbət məhbusun həyat yoldaşı ilə sevgi münasibətindən gedir: “Həyat yoldaşım narkotik maddə saxladığına görə həbs olunub. 9 yaşlı oğlumla tək qaldım. Kalandadze həyat yoldaşımın işini araşdırırdı. Həmin vaxt o, Qldani-Nadzaladevi bölməsində işləyirdi. Kalandadze həyat yoldaşımla məni 7 ay dinlədi və bilirdi ki, bir-birimizlə yaxşı münasibətimiz yox idi. Həyat yoldaşımın həbsindən sonra Kalandadze mənə xüsusi diqqət göstərdi, çünki mən tək ana idim və mənə yazığı gəlirdi. Yeddi ay mənə mesaj yazırdı. Sevgi macərası belə başladı. Bir müddət sonra Kalandadze mobil telefonunu söndürdü, iş yerini dəyişdi və onunla əlaqə saxlamaq mümkün olmadı”.
Teymuraz Kalandadze 2014-2017-ci illərdə Samtsxe-Cavaxeti Polis İdarəsinin müdürü olub. Vətəndaşlar dəfələrlə rayon polis idarəsinin rəisini və əməkdaşlarını zorakılığda ifşa ediblər.
2015-ci il fevralın 2-də Axaltsixe Rayon Məhkəməsinin zalında qanunsuz silah əldə etməkdə və saxlamaqda təqsirləndirilən Giorgi Kapanadze bildirib ki, Teymuraz Kalandadze onu əvvəlcə təpikləyib, sonra isə “Sno” şüşəsi ilə döyüb. Məhkəmə-tibbi ekspertizası Kapanadzenin sərt küt əşya ilə təkrar zərbələr nəticəsində xəsarət aldığını təsdiqləyib. Samtsxe-Cavaxeti bölgəsinin prokurorluğu polisin səlahiyyətlərindən sui-istifadə etməsi faktı ilə bağlı araşdırmaya başlayıb, lakin cinayət tərkibi olmadığı üçün onu dayandırıb.
Teymuraz Kalandadzenin Samtsxe-Cavaxeti Polis Departamentinin direktoru olduğu müddətdə vətəndaş Sergey Baboyan idarənin əməkdaşlarını işgəncə, qeyri-insani və alçaldıcı rəftarda ittiham edib, 80 yaşlı qadını qətlə yetirməkdə günahlandırılıb, lakin andlı iclasçılar ona bəraət verib.
“Məni ayaqqabının dabanı ilə əvvəlcə üzümə, sonra sinəmə vurmağa başladılar, ayaqlarıma da vururdular. Üzümdən qan axırdı. Sonra başıma su tökdülər ki, özümə gəlim. Sonra məni üzü üstə yerə qoydular, əllərimi açıb barmaqlarımın üstünə ayaqları ila durdular. Mənə dedilər ki, etiraf edim. Nəyi ətiraf edim, heç nə bilmirəm dedim. Sonra deyirdilər, onu kim öldürdü söylə. Mən deyirdim ki, kimin ettiyini də bilmirəm. Bundan sonra məni tualetə aparıb ağzımdakı qanı yudular. Sonra dizlərimin üstünə durmağımı söylədilər, əllərini də yerə qoy dedilər, gəz dedilər. Yeridim, sonra dedilər: hürü, hürüdüm. Dörd ayağa durdum, əllərimin, dizlərimin üstünə durdum, hərəkət edərək hürüdüm.
Masanın üstündə boş yarım litrlik şüşə vard idi, beş dəfə yerə atdılar və götür dedilər. Əllərimlə götürmək üçün uzandım. Əlinlə deyil, ağzınla götür dedilər”, - “Samxretis karibçe” nəşri Sergey Baboyanın hekayəsindən sitat gətirir. Ekspertiza təsdiq edib ki, Baboyan polisdə olduğu müddətdə bədən xəsarətləri alıb. Prokurorluq bu iş üzrə də araşdırmalara başlayıb, lakin heç kim ittiham olunmayıb.
Müttəhimlərdən birinin Axalkalakidən olan bacısı Teymuraz Kalandadzeni döymək və zorlamaqla hədələməkdə ittiham edib: “Məni ikinci mərtəbədəki otağa apardılar. Dörd nəfər olardırlar, üstümə qışqırdılar: qardaşının harada olduğunu bilirsən, bizə de. De ki, bunu qardaşıma mən elətmişəm və səni buraxacağıq.
Şöbə rəisi Teymuraz Kalandadze əvvəlcə əli ilə başıma vurdu, sonra arxadan təpiklə vurdu, saçımı yoldu, paltarlarımı cırdı. Paltarını soyundurub sənə bunu-bunu edəcəyik deyirdi...
Kalandadzenin müavini də məni vurdu, ayaqqabısını da ağzıma qoydu. Döyməklə səhər açıldı, səhərisi gün eşitdim ki, 15 yaşlı oğlumu da istintaqa gətiriblər, onu da döyüblər, de dayın haradadır, deyə”.
“Regional polis rəhbəri onu təpikləyib, paltarını cırıb və zorlama ilə hədələyib" – “Samxretis Karibçe” onlayn nəşri daha bir iddia edilən zorakılıq haqqında belə bir məqalə dərc edib. Məqalə dərc olunandan sonra Daxili İşlər Nazirliyindən redaksiyaya üç dəfə zəng edərək başlığın dəyişdirilməsini tələb ediblər. Teymuraz Kalandadzenin göndərdiyi şəxslər eyni tələblə məqalə müəllifinə müraciət ediblər. İmtina cavabı alındıqdan sonra polisin göstərişi ilə iki gün ərzində “Samxretis Karibçe” redaksiyasının yanında etiraz aksiyası keçirilib.
2018-ci ildə Teymuraz Kalandadze Tbilisi Polis İdarəsinin Qldani-Nadzaladevi bölməsinin rəisi olub. Kriminal avtoritet Aleksandre Kobaladzenin oğlu Koba Kobaladze iddia edib ki, polislər atasının yerini müəyyən etmək üçün ona hücum ediblər.
Daxili İşlər Nazirliyinin veb-sehifəsində yerləşdirilən məlumatda bildirilir ki, araşdırmalar nəticəsində Qldani-Nədzaladevi bölməsinin polis əməkdaşlarının, rayonun iki müstəntiqinin Kobaladzelərin mənzildə olması müəyyən edilib. Kobaladze ailəsində olma faktını polislər özləri gizlədiblər. “Mənzildə polislərin olması faktının gizlədilməsi motivinə Daxili İşlər Nazirliyində əsaslı şübhələr olduğundan, onlara qarşı ən ciddi intizam məsuliyyəti tədbiri tətbiq edilib - hər iki polis Daxili İşlər Nazirliyindən xaric edilib. Eyni zamanda polisin bilavasitə nəzarətçisi və Tbilisi Qldani-Nadzaladevi polis idarəsinin rəisi vəzifəsindən azad edilib. Tbilisi Prokurorluğunda polisin törətdiyi mümkün cinayət faktı ilə bağlı araşdırma aparılır”.
2020-ci ildə Teymuraz Kalandadze Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin Maliyyə pozuntularının yoxlanılması və təftişi idarəsinin rəisi təyin edilib. 2022-ci ildə Şida Kartli Polis İdarəsinin rəisi vəzifəsinə keçirilib.
Kaxetinin polis rəisi vəzifəsi bir neçə həftə əvvəl, Giorgi Aladaşvili Kaxeti qubernatoru təyin edildikdən sonra vakant qalıb.