“Dağ Xəbərləri” internet nəşrinin redaktoru Daxili İşlər Nazirliyinin və Duşeti polis şöbəsinin rəisi Tariel Çixaşviliyə qarşı Tbilisi Şəhər Məhkəməsinə müraciət edib. Qela Mtivlişvili böhtan faktının müəyyən edilməsini, şərəf və ləyaqətə xələl gətirən məlumatların açıq şəkildə inkar edilməsini tələb edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
2023-cü il sentyabrın 9-da Duşeti Polis İdarəsinin rəisi Tariel Çixaşvili “Dağ Xəbərləri”nin redaktorunu əhalidən pul qoparmaqda ittiham edib. Jurnalist işıqsız kəndlərin sakinlərinin keçirdiyi aksiyanı işıqlandırmaq üçün Xevsuretidə olub.
Polis konstitusiya ilə təmin edilən sərbəst toplaşmaq və ifadə azadlığını qanunsuz olaraq məhdudlaşdırıb. Onlar vətəndaşların və jurnalistlərin aksiya keçirildiyi yerə çata bilməməsi üçün avtomobillərlə yolu bağlayıblar.
“Sən insanlardan pul qoparırsan. Gürcüstanı düşünmürsən, xalqı düşünmürsən. Bu işıqlandırma ilə puldan başqa heç nə qazana bilməzsən. Kənd adamlarından pul qoparırsan. Sən o adamsan. ... yüksəkdən uçursan. Səni Xevsuretiyə buraxmamalıdırlar”,
Daxili İşlər Nazirliyinin Duşeti Bölməsinin rəhbəri jurnalistə bu cür müraciət edib. Böhtan zamanı polis xidməti vəzifələrini icra edirdi.
Jurnalist polis bölməsinin rəisinə böhtana görə məhkəməyə gedəcəyini deyib, polis isə buna ironiya ilə cavab verib: “Bəs necə, başqa şansın yoxdur. Başqa nə bilirsən?"
Zorla pul qoparma Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayətdir və iki ildən dörd ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sentyabrın 15-də “Dağ Xəbərləri” daxili işlər nazirinə məktubla müraciət edərək, Duşeti bölməsinin rəisinə qarşı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsini xahiş edib. Nazirlik heç bir reaksiya verməyib.
Daxili İşlər Nazirliyindən əldə olunan məlumata görə, Qela Mtivlişviliyə qarşı pul tələb etmə faktı ilə bağlı araşdırma başlanması barədə məlumat yoxdur. Həmçinin, “Dağ Xəbərləri”nin redaktorunun törətdiyi mümkün cinayətlə bağlı hər hansı şikayət və ya açıqlama da mövcud deyil.
Gürcüstanın Jurnalist Etikası Xartiyasının məlumatına görə, 2020-ci ildən bu yana Etika Xartiyasına “Dağ Xəbərləri” redaktoruna və ya nəşrin hər hansı digər müxbirinə qarşı peşəkar standartların pozulması ilə bağlı heç bir bəyanatla müraciət edilməyib.
“Dağ Xəbərləri”nin redaktoru Qela Mtivlişvilinin şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirən məlumatları, böhtan faktını “Dağ Xəbərləri” və “Mtavari Arxi”nin etdiyi üsullarla təkzib etməsi üçün Daxili İşlər Nazirliyinin və Duşeti Bölməsinin şöbə rəisi Tariel Çixaşviliyə göstəriş verməsini tələb edir.
Jurnalistlər hakim partiyanın liderləri, onların ailə üzvləri və ya digər yüksək vəzifəli məmurlar tərəfindən məhkəməyə verildikdə Tbilisi Şəhər Məhkəməsi böhtan iddialarına tez baxır. Odur ki, Daxili İşlər Nazirliyinə böhtanın təkzib edilməsini tələb etdiyimiz bu müddətdə, erkən ədalət mühakiməsinin faydalanıb-faydalanmadığımızı da diqqətlə müşahidə edəcəyik.
Bu, dövlət qurumları və məmurlar tərəfindən informasiya mərkəzləri şəbəkəsinə (“Dağ Xəbərləri” nəşriyyat təşkilatı) qarşı ilk böhtan atılması halı, bir o qədər də cinayət ittihamı halı deyil. 2015-ci ildə İrakli Ğaribaşvilinin etibarlı adamı olan Kaxeti qubernatoru İrakli Şiolaşvili jurnalist Qela Mtivlişvilini Kaxeti qubernatorunun ailəsinin öz müəssisələrinin tikilməsi prosesində Dedoplistskaro bələdiyyəsinə məxsus xüsusi avadanlıqdan pulsuz və büdcədən istifadə etməsindən; Təmizlik xidmətinin işçilərinin Şiolaşvili ailəsinə məxsus torpaq sahələrində necə maaşsız işləməyə məcbur olmalar;ndan, əks halda işdən çıxarılacaqlar;ndan; Dedoplistskaro təmizlik xidmətinin işçilərindən biri olan Nuqzar Cinaşvilinin qubernatorun atası Qennadi Şiolaşvilinin torpaq sahəsində necə öldüyü və polisin bu işi niyə araşdırmadığından; Kaxeti qubernatorunun atasının Dedoplistskaro bələdiyyəsində dövlət əmlakını necə əldə etməsi; Qubernatorun anası Dedoplistskaro bələdiyyəsinin binasındakı yerdən kommersiya məqsədləri üçün necə istifadə etdiyindən və s. bəhs edən jurnalist araşdırması dərc etdikdən sonra pul qoparmaqda etməkdə ittiham edib. Jurnalistə ona jurnalist araşdırmasını paylaşdıqdan sonra böhtan atıldığını hüquqi yolla sübut etməsi üçün 3 il lazım olub. 2018-ci ilin yanvarın 17-də Ali Məhkəmə Tbilisi Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb və qubernatora böhtanı təkzib etməsini tapşırıb.