“Dağ Xəbərləri” Şovi fəlakəti ilə bağlı tələb olunan ictimai məlumatların bloklanması ilə əlaqədar Tbilisi Şəhər Məhkəməsində Milli Ətraf Mühit Agentliyinə qarşı iddia qaldırıb.

Üç aydır ki, Milli Ətraf Mühit Agentliyi “Dağ Xəbərləri”nə 2017, 2020 və 2023-cü illərdə Şovi kurortunda baş vermiş təbii fəlakətlərlə bağlı aşağıdaki məlumatları verməyib:

  • Agentlik təbii fəlakətlərin müəyyən edilməsi, tədqiqi, təhlükələrinin qiymətləndirilməsi və idarə olunması istiqamətində hansı tədbirləri həyata keçirib.
  • Hər bir təbii fəlakətlə bağlı qurumlar arasında, nə vaxt, hansı formada və hansı qurumlarla komunikasiya baş tutub. Dövlət orqanlarına hansı tövsiyələr verilib;
  • 2013-cü ildən Gürcüstanda erkən (əvvəlcədən) xəbərdarlıq və siqnalizasiya sistemlərinin tətbiqi və idarə olunması üçün nə qədər vəsait xərclənib;
  • “Dağ Xəbərləri” agentlikdən sənədlərin tam ötürülməsini tələb edir.

Qanunvericilik Milli Ətraf Mühit Agentliyinə ən çox 10 gün ərzində tələb olunan ictimai məlumatı“Dağ Xəbərləri”nə təqdim etmək öhdəliyi qoyur.

“Dağ Xəbərləri” bu suallara Milli Ətraf Mühit Agentliyinin rəhbərindən cavab almağa çalışsa da, oktyabrın 19-da

Onidə planlaşdırılan görüşdə Vasil Qedevanişvili digər dövlət qulluqçuları ilə birlikdə Bələdiyyə məclisinin binasına qapqanıb və jurnalistin inzibati orqanın binasına daxil olmasının qarşısını almaq üçün polis çağırıb.

Məmurları ondan çox polislə birlikdə Oni polis rəisi şəxsən mühafizə edirdi.

Bu artıq “Dağ Xəbərləri”nin Milli Ətraf Mühit Agentliyinə qarşı qaldırdığı üçüncü iddiadır. Bir ilə yaxındır ki, Milli Ətraf Mühit Agentliyi Çiatura kəndlərində manqan hasilatı nəticəsində havanın çirklənməsini təsdiq edən sənədləri bizə təqdim etmir. “Dağ Xəbərləri”nin agentliklə yaşadığı digər hüquqi mübahisə isə Raça və Kvemo Svaneti meşələrinin rusiyalı oliqarxın şəriki Davit Xidaşeliyə verilməsi ilə bağlıdır. Agentlik indiyədək işdə bəzi vacib sənədləri gizlədir və bizə vermir. 2022-ci ilin aprelindən 2023-cü ilin oktyabr ayına qədər “Dağ Xəbərləri” Milli Ətraf Mühit Agentliyinə 11 inzibati şikayət təqdim edib. Ətraf Mühitin Mühafizəsi Nazirliyi ən qapalı qurumlardan biridir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur