Qar və aşağı hava temperaturu ilə əlaqədar Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri (post)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Güclü qar yağması ilə əlaqədar Çoxaturi-Baxmaro avtomobil yolunun 19 kilometrlik hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Eyni səbəbdən, Ozurqeti-Şemokmedi-Bjujhesi-Qomismta avtomobil yolunun 13-cü kilometrindən 33-cü kilometrədək olan hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Qarla əlaqədar Zuqdidi-Cvari-Mestiya-Lasdili avtomobil yolunun Uşquli-Lasdili hissəsində bütün növ avtonəqliyyat vasitələrinin, Mestia-Uşquli hissəsində qoşquların, yarımqoşquların və30-dan çox oturacaq tutumlu avtobusların hərəkəti qadağan edilib. Digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, noyabrın 20-dən 22-dək Gürcüstanda yağış, yüksək dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə güclü fırtına, qar uçqunu olacağı, qərb istiqamətində güclü külək, dənizdə 4-5 bal gücündə fırtınanın olacağı gözlənilir.
Qurum əhaliyə xəbərdarlıq edir ki, gözlənilən yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sel və sürüşmələrə səbəb ola bilər.
Dağlıq və yüksək dağlıq rayonlarda da gözlənilən güclü qar, uçqun təhlükəsi, çovğun və görmə qabiliyyətinin pisləşməsi ilə əlaqədar magistralların bəzi hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması mümkündür.