“Bu, absurd və yalandır. Heç bir əlaqə qurulmayıb. Məni şəxsən tanıyanlar bilir ki, mən bir tək tanışlarımın ailəsinə qarşı deyil də, düşmənlərimin ailəsinə də hörmət edirəm və heç vaxt heç kimə belə bir şey etməmişəm, qaldı ki, kiminsə ailəsini xəsarət yetirməklə hədələyəm.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu, tamilə absurddur”, - Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri həbsdə olan keçmiş müavini, Soso Qoqaşvilinin ittihamları ilə bağlı.
Qoqaşvili bir neçə gün əvvəl bəyanat yayaraq bildirib ki, daxili işlər naziri ona dəfələrlə həbsxanada zəng edərək ondan və ailə üzvlərindən susmaqlarını tələb edib və hədələyib.
Qoqaşvilinin özünün də dediyinə görə, ailə üzvləri Qomelauri və İvanişvilidən aldıqları hədələri onlara çatdırmaq üçün həbsxanada görüşürlər Lakin istintaq zamanı qəbul edilən qətnaməyə əsasən, Qoqaşvilinin vəkillərdən başqa digər şəxslərlə görüşməsi qadağandır.
“Çox kədərli haldır və ürəyim parçalanır. Soso Qoqaşvili ilə mən 2013-cü ildə tanış oldum və onu şəxsən özüm gətirdim. O, Baş İnspeksiyada sıravi vəzifədə çalışırdı, mən isə o vaxt İrakli Ğaribaşvili daxili işlər naziri olduğu vaxt [nazir] müavini idim. Mən həmin vaxt ondan xahiş etdim və öz kuratorluğuma gətirdim və vəzifəsini yüksəltdim. Nəhayət, o, mənim birinci müavinim vəzifəsində və üç ilə yaxın çalışdı. Onunla ailəvi yaxınlığımız var idi, ailəvi çox yaxın idik və indi iddialarından belə, çıxır ki, o, üç ildir mənim və komandamız haqqında ittihamedici məlumatlar toplayırdı və nəticə isə guya Qomelauri həbsdə olmalıdır, və s.
O, 2018-ci ildə tutduğu vəzifədən azad edildi və niyəsini mən deməyəcəm çünki özü çox yaxş bilir. Onu komandadan dəfələrlə mən qorumuşam. Ən çox elə mən təəccüblənmişəm, heç kimi heç nəyə görə qınamıram. Əlimdən gələni etdim, heç nəyi olmadığı halda birinci müavin oldu.
Mən onun ailəsi üçün pis bir şey istəmirəm, lakin biz nə baş verdiyini və onun davranışının hara apardığını görürük və çox təssüflənirəm” - Vaxtanq Qomelauri bildirib.
Daxili işlər naziri Soso Qoqaşvilinin Pankisi vadisində keçirilən xüsusi əməliyyatla bağlı açıqlamasına da cavab verib. Qoqaşvilinin adından yayılan məktubda deyilir ki, Vaxtanq Qomelauri xüsusi əməliyyat zamanı ölümcül yaralanan 19 yaşlı Temirlan Maçalikaşvilinin anası Mediko Marqoşvilinin anası ilə gizli görüşüb, bundan sonra Maçalikaşvili ailəsinə bir nəfər göndərilib və o, mərhumun valideynlərini inandırıb ki, xüsusi əməliyyat zamanı xüsusi təyinatlılar Soso Qoqaşvilinin tabeliyində idi.
“Soso Qoqaşvili orada Pankisdə olmayıb. Xüsusi təyinatlılar şəxsən mənim tabeliyimdə idi və məndən başqa heç kim onlara göstəriş verə bilməzdi. Həmin göstəriş hansı ki, insan ölümüi ilə nəticələndi…Belə olan halda Maçalikaşvili öldürüldü. Çox kədərlidir və bir daha ailəsinə başsağlığı verirəm. Təbii ki, ilk növbədə, ailəsi və hər birimiz çox ağır oldu.
Təbii ki, belə bir əmr verilməyib və mən bir daha təsdiq edirəm ki, mən xüsusi təyinatlı dəstənin rəisi olmuşam. "O, mənim tabeliyimdə idi, lakin əlbəttə onun da öz komandiri var idi"-deyə Qomelauri bildirdi.
2015-2018-ci illərdə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin birinci müavini vəzifəsini tutan İoseb Qoqaşvili 2022-ci il iyulun 16-da həbs edilib. Prokurorluq Qoqaşvilini keçmişdə rəsmi vəzifələrindən və əlaqələrindən istifadə edərək konkret vətəndaşların şəxsi məlumatlarını əldə etməkdə və açıqlamaqda, bununla da bu məlumatların ictimaiyyətə yayılmasına töhfə verməkdə ittiham edir. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Ədliyyə naziri Rati Breqadze mətbuata Qoqaşvilinin ailə üzvlərinin həbsxanada görüşdüyünü təsdiqləyib. Nazirin sözlərinə görə, Qoqaşviliyə həvəsləndirmək məqsədilə ailəsi ilə görüşə icazə verilib.
“İşin materialları məxfi saxlanılır və yalnız onu deyə bilərəm ki, onun ailə üzvləri ilə görüşü tam olaraq qanuna uyğun şəkildə keçirilib. Bu, onun xahişi ilə edilib. Burada onu da deyim ki, yeri gəlmişkən, cənab Qoqaşvili penitensiar xidmətin əməkdaşlarına qarşı o, böyük minnətdarlığını bildirib və onun bu davranışı çox müsbət idi və müvafiq olaraq, müəyyən həvəsləndirmə tədbiri formasında idi. Onun nə haqqında danışdığını bilmirəm. Bildiyim odur ki, o, həmişə kollektivə, o cümlədən həkimlərə ona yaxşı münasibət göstərdiklərinə görə minnətdarlığını bildirirdi və keçirilən görüş də onun xahişi ilə keçirilirdi. Həmçinin onun davranışı çox müsbət idi və bu görüş bir növ həvəsləndirmə tədbiri kimi istifadə olundu. Mütləq cəzaçəkmə müəssisəsində bütün hərəkətlər qanun əsasında həyata keçirilir və orada heç bir qanunsuz hərəkət həyata keçirilə bilməz”, - deyə Ədliyyə naziri bildirib.