Daxili İşlər Nazirliyi bildirir ki, Rustaveli prospekti və Parlament binası ərazisində keçirilən aksiyalarda iştirakçıların sayı xeyli azalıb və artıq yolun bağlanmasına ehtiyac qalmayıb. Nazirlik aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırır, əks halda onların hərəkətləri hüquqi tədbirlərə səbəbiyyət verəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
"Yürüş iştirakçılarının azlığını nəzərə alsaq, yolun hərəkət hissəsini kəsməyə ehtiyac yoxdur. Lakin mitinqdə olan insanlar uzun müddət süni şəkildə yolu bağlayırlar. Yolun süni şəkildə bağlanması nəqliyyatın hərəkətinin pozulmasına səbəb olur. Bundan başqa, aksiyanın keçirildiyi ərazidə yaşayan və işləyən insanların hüquqları pozulur, qurum və təşkilatların normal fəaliyyətinə mane törədilir.
İnsanların azlığına baxmayaraq, mitinq iştirakçılarını yolları iflic etməyə çağıran şəxslər müəyyən olunacaq. Hüquq-mühafizə orqanları onlara qarşı müvafiq qanunda nəzərdə tutulmuş tədbirləri görəcəklər", - Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Bir il əvvəl minlərlə nəfərlik etiraz nəticəsində geri götürülən və bir daha qəbul etməyəcəyi sözünü verən “Gürcü Arzusu” 2024-cü il aprelin 3-də “xarici agentlər” haqqında rus qanununu parlamentdə növbəti dəfə irəli sürüb. “Rus qanunu” beynəlxalq təşkilatların qrant dəstəyi ilə işləyən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarını xarici agent kimi qeydiyyatdan keçməyə məcbur edir. Aprelin 15-dən Tbilisidə parlamentin yaxınlığında rus qanununa qarşı etirazlar keçirilir.
Avropa İttifaqı, ABŞ Dövlət Departamenti, Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq təşkilatlar Gürcüstan hakimiyyətini Avropa Birliyinin dəyərlərinə uyğun gəlməyən, medianın və mülki sektorun azadlığına və mövcudluğuna təhdid yaradan qanunu qəbul etməməyə çağırıb.
Rus qanununa qarşı etirazlar aprelin 15-dən Tbilisidə, parlamentin yaxınlığında keçirilir. Bunun əksinə olaraq, “Gürcü Arzusu” aprelin 29-da parlament binası qarşısında rus qanununa dəstək məqsədilə “ictimai toplantı” keçirir. Dövlət xidmətlərində çalışanlar aksiyada iştirak etməyə məcbur edilirlər.