Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi “Yol hərəkəti haqqında” 19 sentyabr 1949-cu il tarixli Cenevrə Konvensiyasında nəzərdə tutulmuş beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Oxucunun seçimi
- 1 Əliyev və həyat yoldaşı Putini şam yeməyində qonaq ediblər
- 2 Rusiyanın BMT-dəki nümayəndəsi “Gürcü Arzusu”nun avqust müharibəsi ilə bağlı bəyanatını təkrarlayıb
- 3 Şahin və Terner: Düzgün yola qayıtmaq üçün ilk addımı Gürcüstan hökuməti atmalıdır
- 4 Kobaxidze 22 seçki dairəsi üzrə “Gürcü Arzusu”nun nümayəndə heyətinə namizədlərin adını açıqlayıb
- 5 Məhkəmə MSK-nın mübahisələndirilən qərarını qüvvədə saxlayıb
- 6 Ukrayna Rusiyanın 1000 kvadrat kilometr ərazisinə nəzarət etdiyini bildirir
Beynəlxalq sürücülük vəsiqəsi milli sürücülük vəsiqəsi əsasında bir il müddətinə verilir. Sənədin qiyməti 109 laridir. O, Gürcüstandan kənarda, Cenevrə Konvensiyasına üzv olan dövlətlərdə etibarlı olacaq.
“Yol Hərəkəti üzrə” Xidmət Agentliyi həmçinin 8 noyabr 1968-ci il tarixli Vyana Konvensiyasında nəzərdə tutulmuş və 3 il müddətinə etibarlı olan beynəlxalq sürücülük vəsiqələri verəcək. Sənəd Gürcüstandan kənarda Vyana Konvensiyasına üzv olan dövlətlərdə etibarlıdır.
Beynəlxalq sürücülük vəsiqəsini əldə etmək üçün maraqlı şəxs şəxsiyyəti təsdiq edən sənədi və milli sürücülük vəsiqəsini xidmət agentliyinə təqdim etməlidir.
Xidmət qurumundan bildirilib ki, beynəlxalq sürücülük vəsiqəsi qurumun struktur bölmələrində verilir və qeyd olunan xidmət distant formada həyata keçirilmir.