Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Serbiyada fəaliyyət göstərən, Gürcüstanda gəncləri, mülki fəallarını və qeyri-hökumət təşkilatlarını oktyabr-dekabr aylarında planlaşdırılan çevriliş üçün hazırlayan “Kanvas” təşkilatının üzvləri “USAID”in dəvəti ilə gəliblər [ ABŞ Beynəlxalq İnkişaf Agentliyi] proqramı. Ağır cinayətlə əlaqəli olmalarına baxmayaraq, hökumət “Kanvas” üzvlərinə Gürcüstanı tərk etməyə icazə verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Dövlət təhlükəsizliyi və vətəndaşların dinc birgə yaşayışı maraqlarından irəli gələrək ictimaiyyətin nəzərinə çatdırırıq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalar çərçivəsində əldə edilmiş məlumata əsasən, 25 sentyabr 2023-cü il tarixində Serbiya vətəndaşları Sinisa Sikman, Yelena Stoisiç və Slobodan Jinoviç USAID proqramının Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə Gürcüstana gəliblər. Adıçəkilən şəxslər 2003-cü ildə Gürcüstanda baş vermiş inqilabi hadisələrlə əlaqəlidirlər və müxtəlif illərdə Serbiya, Ukrayna və digər dövlətlərdə də analoji proseslərlə əlaqəli olublar. Onlar fəal şəkildə etiraz qığılclmlarının yaradılması üsullarını və zorakı aksiyalar keçirmənin taktikalarıını öyrədiblər. Onlar “Kanvas” təşkilatının idarəçiliyini təmsil edirlər, həmçinin Sinisa Sikman və Slobodan Jinoviç Gürcüstanın “Kmara” təşkilatının Serbiyadakı analoqu olan “Otpor” təşkilatının keçmiş üzvləridir.
İctimaiyyətə xatırlatmaq istərdik ki, özəyi “Otpor” təşkilatı olan “Kanvas” təşkilatı Gürcüstanda cari ilin oktyabr-dekabr aylarında planlaşdırılan inqilabi ssenariyə gənclər qruplarını hazırlamaq üçün istifadə olunur. Adı çəkilən təşkilatlar xarici ölkələrdə cərəyan etdirilən inqilabi proseslərdə iştirak, zorakı etirazların təşkili yollarını öyrətmək baxımından müəyyən praktik təcrübəyə malikdirlər.
Adları çəkilən şəxslərin Gürcüstana gəlişinin elan edilmiş səbəbi mədəniyyət sahəsində çalışan qruplar üçün “strateji qeyri-zorakı mübarizə” mövzusunda təlimlərin keçirilməsi olub, lakin istintaq zamanı müəyyən edilib ki, onların Gürcüstana gəlişlərində məqsəd sadəcə bu olmayıb. Xüsusən də səfərin əsl məqsədi Gürcüstanda cari ilin oktyabr-dekabr aylarında planlaşdırılan destruktiv hərəkətlərin və qanunsuz əməllərin özəyinə çevrilməli olan həmin gənclərlə, nüfuzlu qeyri-hökumət təşkilatları ilə ünsiyyət qurmaq və təlimlər keçirmək olub. Onlar tərəfindən 26-29 sentyabr 2023-cü il tarixlərində Tbilisi şəhərində yerləşən “İbisi” mehmanxanasında qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və mülki fəalların, xüsusən də hökumətin zorakılıq yolu ilə devrilməsi proseslərinin hazırlanmasında və həyata keçirilməsində həlledici rol oynamalı olan böyük qruplardan birinə təlimi keçirilib. Həmin şəxslərə hədəf qruplara, yəni hökumətə, Pravoslav Kilsəsinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və digər qurumlara qarşı necə hərəkət etməli, yollarda piketlər və süni tıxacların yaradılması və inzibati binaların önündə çadırların qurulması üsulları, güc strukturlarında gərginliyin necə yaradılacağı, onların qanuni tələblərinə hansı zoraki cavabların verilməli olduğu öyrədilib. Təlimçilər gözlənilən saxlanılma prosesinə hazırlanıb və belə bir vaxtda müqavimət göstərmək üsulları, aksiya iştirakçılarının maliyyələşdirilməsi, parlament binasının zəbt edilməsi, yayım stansiyalarının kəsilməsi və hakimiyyətin ələ keçirilməsi, Gürcüstanın qanuni yolla seçilmiş hökumətinin devrilməsi barədə təlim keçiblər və bu zaman onlar Serbiyada cərəyan edən bir sıra inqilabi proseslərin müqayisəli təhlil üçün dramatik nümunələr gətiriblər.
2023-cü il sentyabrın 29-da Sinisa Sikman, Yelena Stoisiç və Slobodan Jinoviç Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin müstəntiqləri tərəfindən vəkillər və tərcüməçilərin iştirakı ilə dindirilib, onlar Gürcüstanda olmalarının əsl səbəbini mümkün cinayət məsuliyyətindən yayınmaq məqsədilə ört-basdır etməyə çalışıblar. Qeyd etmək lazımdır ki, onların ifadələri istintaqın əldə etdiyi sübutlara uyğun gəlmir və bəzi təfərrüatlarda ziddiyyət təşkil edir.
30 sentyabr 2023-cü ildə Sinisa Sikman, Yelena Stoisic və Slobodan Jinoviç Gürcüstandan Belqrada yola düşüblər.
Sinisa Sikman, Yelena Stoisic və Slobodan Jinoviə qarşı hakimin hökmü əsasında aparılan və yüksək ictimai maraqdan irəli gələrək prokuror tərəfindən məxfilikdən çıxarılan gizli istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutların bir hissəsini sizə təqdim edirik.
Burada bir daha ictimaiyyətin nəzərinə çatdırırıq ki, Dövlət Təhlükəsizliyi Xidməti bu il sentyabrın 18-də “Kanvas” təşkilatının destruktiv planları ilə bağlı bəyanat yayıb. Hazırda iş üzrə cinayət törədən şəxslərin ifşa edilməsi və dövlət əleyhinə cinayətlərin qarşısının alınması məqsədilə fəal istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sentyabrın 26-29-da “USAİD”in maliyyələşdirdiyi konfrans “Kanvas-Georgia” və Şərq-Qərb İdarəetmə İnstitutunun təşkilatçılığı ilə keçirilib. Dörd gün davam edən təlimdə adıçəkilən qurumların nümayəndələri və fəallar iştirak ediblər”, - DTX-nın bəyanatında deyilir.