Estoniya parlamentinin (Riiqikoqu ) üzvləri "Gürcüstanda demokratiya böhranı haqqında" bəyanat qəbul etmək istəyirlər, burada “Gürcü Arzusu”nun liderləri və deputatlarının sanksiya olunması, Gürcüstanın Aİ-yə daxil olması prosesinin qarşısının alınması və viza liberallaşdırılmasının dayandırılmasından söhbət gedir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Belə ki, 45 deputatın adından təqdim edilən bəyanat layihəsində yazılıb ki, nə qədər ki, Gürcüstan hökuməti və parlamenti qanunun aliliyinə və insan haqlarına hörmətlə demokratiya böhranını həll etməyə başlamayacaq, Avropa İttifaqı ilə razılaşdırılmış islahatlara qayıtmayacaqlar və “Xarici təsirin şəffaflığı haqqında” qanunu ləğv etməyəcəklər, Estoniya Gürcüstanın Aİ-yə daxil olma prosesini, o cümlədən danışıqların açılmasını əngəlləməli, Gürcüstanın dövlət qurumları ilə inkişaf əməkdaşlığını dondurmalı və azad edilmiş vəsaitləri Gürcüstan vətəndaş cəmiyyətinə dəstək üçün istifadə etməlidir.
Bundan əlavə, bəyanatın layihəsinə əsasən Riiqikoqu Bidzina İvanişvilinin, hökumətin, parlamentin və “GürcüArzusu” rəhbərliyinin üzvlərinin, parlament fraksiyasının üzvlərinin, o cümlədən Estoniyaya girişinin qadağan edilməsini zəruri hesab edir.
Estoniyalı deputatlar həmçinin Gürcüstanın hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı sanksiyaların tətbiqini tələb edirlər, hansı ki, onlar dinc nümayişlərin zorakılıqla yatırılmasında, müxalifətin və vətəndaş cəmiyyətinin repressiyasında iştirak etmişlər.
Bundan başqa, sənədə əsasən, Parlament Gürcüstanla Avropa İttifaqı arasında vizasız rejim haqqında sazişin Rusiya qanunu ləğv olunana qədər dayandırılmasının tərəfdarıdır.
Bəyanat layihəsində qeyd olunur ki, genişmiqyaslı etiraza, prezidentin vetosu, Avropa İttifaqı və Gürcüstanın müttəfiqlərinin çağırışlarına baxmayaraq, mayın 28-də Gürcüstan parlamenti “Gürcü Arzusu”nun səsləri ilə Rusiya Federasiyasının xarici agentləri haqqında qanundan ilhamlanan “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edib. Estoniyalı deputatlar iddia edirlər ki, Putin rejimi bu qanundan vətəndaş cəmiyyətini, mətbuatı və siyasi müxalifəti repressiya etmək üçün istifadə edir.
Estoniya parlamentində 101 deputat var. Xarici Əlaqələr Komitəsi bəyanat layihəsini bu gün müzakirə edəcək.