Üç tənqidi kanala – „Mtavari“, „Formula“ və „TV Pirveli“ə qarşı Gürcüstanın Rabitə Komissiyası, „Gürcü arzusu“nun şikayətini məqbul hesab edib. „Sirtskhvilia“ hərəkatının klipini yayımladıqlarına görə „Gürcü arzusu“, kanallara qarşı sanksiya tətbiqini tələb edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mübahisəli epizod yayımçılar tərəfindən iyunun 24-də qərbyönlü və anti-rus mitinqinin anonsu kimi yayımlanıb. “Gürcü arzusu”nun qiymətləndirilməsinə görə İyunun 23-də və 24-də yayılan videoçarxın məzmununa əsasən, orada açıq-aydın görünür ki, o müəyyən kəsim üçün nəzərdə tutulduğu və “Gürcü arzusu” partiyasının mənfi formalaşdırılmasına xidməti və gələcək seçkilərdə seçkiyə mane olmaq məqsədi daşıyır. Reklam çarxında konkret partiya simalarına istinad etməklə “Gürcü arzusu”-un nəzərdə tutulduğu aydın şəkildə görünür. Bundan əlavə, reklam çarxında hakim partiya liderlərinin, hökumət nümayəndələrinin bəyanatların məzmunu dəyişdirilmiş, onlar tərəfindən Avropa Parlamentinin qətnaməsi, Gürcüstanın namizədlik statusu və Ukraynada gedən müharibə ilə bağlı ilə bağlı verdikləri bəyanatları mənfi kontekstdə həmçinin cəmiyyətdə onlara qarşı mənfi fikir formalaşdırmağa xidmət edir”, - şikayəti, partiyanın sədri İrakli Kobaxidzenin etibarnaməsi ilə Sergi Jorbenadze imzalayır.
Şikayətə əsasən, 23 və 24 iyun 2022-ci il tarixlərində seçkiqabağı təşviqat kampaniyası aparılmadığı üçün yayımçıların seçkiqabağı/siyasi reklam məzmunlu videoçarxı yayımlamağa haqqları yox idi. Müxalifət telekanallarının vəkilləri hesab edirlər ki, “Sirtskhvilia” hərəkatının təqdim etdiyi video sosial reklam olub və onların bunu yayımlamağa tam hüququ var. “Mtavari arkhi”in nümayəndəsi Giorgi Mşvenieradzenin sözlərinə görə, klipin məqsədi insanları iyunun 24-də keçirilməsi planlaşdırılan, toplaşmaq və nümayiş hüququ qanunu çərçivəsində vətəndaşları etiraz aksiyasına iştiraka dəvət olub. Onun sözlərinə görə, klipdə “Gürcü arzusu” partiyasının müəyyənedici simvolu və ya rənglərindən istifadə edilməyib.
Video çarxda siyasi dövlət məmurları və onlarla yaxın təmasda olan “naməlumun” Giorgi Qaçeçiladzenin anti-Avropa və Ukrayna əleyhinə bəyanatları yer alır:
- Baş nazir İrakli Ğaribaşvili: Mən hələ “Fevralın 25-də bu haqda danışanda deyirdim ki, bu müharibədə əzilən və cəzalandırılan Ukrayna olacaq”;
- Giorgi Qaçeçiladze, “Naməlum”: Ukraynanı tələyə sürüklədikləri kimi, bunu istəyən hər kəs, birlikdə, bizi bu cür tələyə sala bilməyəcəklər”.
- İrakli Ğaribaşvili: “Ukrayna müharibə vəziyyətində olduğuna görə sırf bu məqsədlə, bu motiv ilə onlara namizədlik status verilir... Dostlar, əgər statusun verilməsi müharibə ilə müəyyənləşdirilirsə, biz müharibə istəmirik. Namizədlik statusu simvolik xarakter daşıyır”.
- Kaxa Kaladze, Tbilisi meri: “Dünən qətnamə şəklində eşitdiklərimiz və gördüklərimiz tamamilə utancverici idi”.
- Qiorqi Volski, parlament sədrinin birinci müavini: “Deyərdim ki, hətta Avropa Parlamentində də saxtakarlıq edənlər var”.
- İrakli Kobaxidze, parlament çoxluğunun lideri: “Açığını desəm, bu cür qətnamənin sadəcə olaraq bir “saman” dəyəri var”.
- Giorgi Qaçeçiladze, "Naməlum": Bir mənə deyin görüm "Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi nə deməkdir?. Biz, heç kimin Bidzina İvanişvilini alçaltmasına icazə verməyəcəyik”.
- İrakli Ğaribaşvili: “Heç olmasa oliqarxın açıqlamasıilə tanış olsaydınız, birbaşa möcüzədir... Hər şeyin üstünü açacam… Dəhşətdir, Qətnamədə yazılanlar həqiqətən bir başa biabırçılıqdır...”
- Giorgi Qaçeçiladze, “Naməlum”: Bizim üçün avropaya gedən yol “Əgər Bidzinaya sanksiyaların tətbiqi və müharibədə iştirakımızdan keçirsə, bu zaman həmin yol bağlanmalıdır”.
Media Advokatlaşdırma Koalisiyası Gürcü Arzusu”nun Rabitə Komissiyasının klipin yayımlanması üçün tənqidi kanallara sanksiya tətbiq etməsi tələbini narahatedici hesab edir. “Gürcü arzusu” özü şikayətində qeyd edir ki, mübahisənin məqsədi media məkanında partiya haqqında mənfi mesajları aradan qaldırmaq və onlar üçün arzuolunmaz məsələlərlə bağlı tənqidi fikirləri məhdudlaşdırmaqdır. Hakim partiyanın tənqidi videoların qadağan edilməsinin hüquqi əsası yoxdur və ölkədə plüralizmə təhlükə yaradır. Bu cür münasibət müasir demokratik dövlətin idarəetmə prinsipləri ilə bir araya sığmır”, Natia Kapanadze - media Advokatlaşdırma koalisiyasının koordinatoru. Tənqidi medianın siyasi reklam yerləşdirməsi məsələsi Rabitə Komissiyasında müzakirəsi ilk dəfə deyil. 2020 və 2021-ci illərdə komissiya "Mtavari arkhi" telekanalına iki dəfə ən yüksək ölçülü sanksiya tətbiq edib. Media Advokatlaşdırma Koalisiyası bu qərarları senzura kimi qiymətləndirib.
Gürcüstanın “Yayım haqqında” Qanununa uyğun olaraq, seçkiqabağı reklam olaraq həmin vaxt hesab edilə bilər, nə vaxt ki, onun məqsədi Gürcüstan Prezidentinin, Gürcüstan parlamentinin, Bələdiyyə Şurasının və Mer seçkilərini asanlaşdırmaqdırsa.
Rabitə Komissiyası avqustun 23-də, saat 15:00-da “Gürcü arzusu”nun şikayətinə mahiyyətli şəkildə baxacaq.