Qudauridə rusiyalı turistlərlə mübahisə zamanı saxlanılan vətəndaş aktivisti və “Traffic Travel” turizm şirkətinin təsisçisi Tsotne Caparidze polis tərəfindən xırda xuliqanlıq və itaətsizlikdə ittiham olunur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“12 və 21 yaşlı uşaqlarımla qondolanın yanında dayanmışdım ki, onlardan biri mənimlə rus dilində danışmağa başladı. Dedim ki, ingilis dilində danış. Soruşdu, niyə. Cavab verdim ki, “Fuck Russia”. Bunun ardınca şifahi və fiziki qarşıdurma baş verdi. Üç nəfər idilər. Ondan çox polis gəldi və onları aparmaq əvəzinə, hamısı mənim üstümə düşdülər. Onlardan biri istehza ilə dedi mənə - təxribatçısan sən. Məni yerə yıxdılar, qandalladılar. Bu, uşaqlarımın gözü qarşısında baş verdi. Məni xizək çəkmələri ilə Mtsxetaya apardılar”, - Caparidze “Gürcüstan Xəbərləri”nə bildirib.
Mtsxeta Rayon Məhkəməsinin inzibati qaydaları ilə saxlanılan Tsotne Caparidzenin işinə bu gün baxılmalı idi, lakin Caparidzenin vəkilinin vəsatəti ilə iclas fevralın 15-dək təxirə salınıb.
Təqsirli bilinərsə, Caparidzeni 2000-3000 lari məbləğində cərimə və ya 15 günə qədər inzibati həbs gözləyir.