Fevralın 21-də magistral yollarda hansı məhdudiyyətlər var

Saçxere(Sareki)-Uzunta-Şkmeri-Zudali avtomobil yolunun 35-ci km-də (Şkmeri kəndi) və həmçinin daxili əhəmiyyətli Kutaisi (Çoma)-Alpana-Mamison aşırımının avtomobil yolunun 130-cu km-də uçqun təhlükəsi ilə əlaqədar müvəqqəti olaraq bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi yolunun Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində uçqun təhlükəsi yüksəkdir, bu səbəbdən bütün növ avtonəqliyyat vasitələrinin qeyd olunan bölmələr üzrə hərəkəti qadağandır.

Güclü qar və buzlaşma ilə əlaqədar beynəlxalq Tbilisi-Senaki-Leselidze avtomobil yolunun km132-km163-cü hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib, qalan avtomobillərin isə hərəkəti sərbəstdir.

Güclü qar yağması və temperaturun aşağı düşməsi ilə əlaqədar Qomi-Saçxere-Çiatura-Zestafoni avtomobil yolunun km1-km52-ci (Qomi-Saçxere) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Qalan avtomobillərin isə hərəkəti sərbəstdir.

Çətin meteoroloji şərait (qar, çovğun, görmə məhdudluğu) ilə əlaqədar Batumi (Anqisa)-Axaltsixe avtomobil yolunun km88-km106-cı (Xulo-Kurort Qoderdzi) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Eyni avtomobil yolunun km38-km88-ci (Keda-Xulo) hissəsində qoşqulu, yarımqoşqulu avtomobillərin və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağandır. Qalan avtomobillərin hərəkətinə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə icazə verilir.

Çətin meteoroloji şəraitlə əlaqədar (çovğun, görmə qabiliyyətinin məhdudluğu) olaraq Kutaisi (Motsemeta)-Tkibuli-Ambrolauri avtomobil yolunun km39-km58-ci hissəsində (Nakerala aşırımı) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun km94-km110-cu hissəsində (Paravan aşırımı) çətin meteoroloji şəraitlə (çovğun, görmə qabiliyyətinin məhdudluğu) əlaqədar bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur