Bazar günü, iyunun 30-da Fransada keçirilən parlament seçkilərinin birinci turunda Marin Le Penin “Milli Birlik” partiyası qalib gəlib. Rəsmi nəticələrə görə, sağ populist partiya 33% səs toplayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Seçicilərin 28%-i solçu alyansa – “Yeni Xalq Cəbhəsi”nə, 20%-i isə prezident Emanuel Makronun mərkəzçi koalisiyasına səs verib. Seçici fəallığı 60%-i keçib ki, bu da son onilliklərin ən yüksək göstəricisidir.
İkinci tur gələn həftə keçiriləcək və bundan sonra hökuməti formalaşdıracaq yeni parlamentin tərkibi açıqlanacaq.
“Tarixi seçkiyə yeddi gün uzaqlıqdayıq” - 28 yaşlı “Milli Birlik” lideri Jordan Bardella deyib. “Seçkilərin nəticələrini nəzərə alsaq, bu gün də böyük ölçüdə rədd edilən prezident düşərgəsinin artıq qalib gəlmək iqtidarında olmadığı aydındır”.
Bardella Fransanın baş naziri vəzifəsini tutmaq istəyir, lakin bu, onun partiyasının 577 yerlik parlamentdə mütləq çoxluğu - ən azı 289 mandat qazanacağı təqdirdə mümkün olacaq.
Çox güman ki, ifrat sağçı partiyanın mütləq çoxluğa gedən yolu, səsləri parçalamamaq üçün üçüncü yeri tutan namizədləri Makron ittifaqından olan namizədlərin xeyrinə buraxacaqlarını bildirən solçu partiyalar tərəfindən əngəllənəcək.
İyunun əvvəlində Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə mərkəzçi düşərgə məğlub olduqdan sonra prezident Emanuel Makron parlamenti buraxdı və növbədənkənar seçkilər təyin etdi - “Milli Birlik” hakim “İntibah” partiyasından iki qat çox səs topladı.