“Gənclər və Berbiçaşvili arasında bərabərlik işarəsi qoymaq istənilən kəs üçün biabırçılıq olardı”, - Gürcüstan prezidenti Salome Zurabişvili baş nazir İrakli Kobaxidzenin açıq məktubuna belə münasibət bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Zurabişvilinin fikrincə, bu sözlər ölkənin baş nazirinə məxsus olduqda, bu, onu artıq başqa ölçüyə keçmiş şəxs kimi göstərir və hökumətinin öz xalqından uzaqlaşmasını təsdiqləyir.
“Hakimiyyət ilk öncə öz xalqının sevgisindən başlayır, “yurd” sevgisi bundan başqa bir şey deyil. Müqəddəs Həftə, Pasxa və Möhtəşəm Yeddilikdə mən bu qədər hədə-qorxu, nifrət, döyülmə, zorakılıq, o cümlədən məmurlardan (istisnasız) eşitməmişəm. Bu da inanc. Dilə gəlincə, sizin nifrətinizin dili heç vaxt gürcü dili olmayıb!”, - Salome Zurabişvili sosial şəbəkədə yazıb.
Bu gün İrakli Kobaxidze rus qanunu əleyhinə hərəkətlərlə bağlı açıq məktub dərc edib. Baş nazir deyir ki, davamlı olaraq aksiyalarda iştirak edən gənclərin böyük bir hissəsi tamamilə qeyri-səmimi “millətçilər”dir. İrakli Kobaxidzenin sözlərinə görə, aksiyalarda səmimi gənclər də iştirak edir, lakin o qeyd edir ki, səmimiyyət “yalnız bilik və zəka ilə dəstəklənəndə dəyər qazanır”.
“Özünə güvənən, biliyi və ağlı olmayan adam rus tankından da pisdir. 29 yaşlı Qiqla Berbicaşvili 70 yaşlı İliya Çavçavadzeni güllələyəndə özünün mütərəqqi səmimi gənc, İliya Çavçavadzenin isə geridə qalmış, vicdansız qoca olduğuna dərindən inanırdı. Bu inanc Berbiçaşviliyə və onunla həmfikir gənclərə bolşevik ideologiyası tərəfindən aşılanmışdı. Psevdo liberal ideologiya da analoji üsullarla işləyir ki, bu da birbaşa və ya dolayı yolla kollektiv “milli hərəkat”ın ardınca gedən gəncləri bu ölkədə səmimiyyət və mütərəqqilik nümunəsi olduqlarına inandırıb”, - baş nazir yazıb.
Kobaxidzenin məktubuna əsasən, “Gürcü Arzusu” etiraz aksiyası iştirakçılarının tələblərini nəzərə almağa və rus qanununu geri götürmək fikrində deyil.