Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentlik əhaliyə xəbərdarlıq edir ki, yanvarın 9-11-də Gürcüstanda hava şəraitinin yağıntılı olacağı, dağlıq və yüksək dağlıq ərazilərdə güclü qar yağacağı (yanvarın 10-11-də Gürcüstanın şərqində, aran zonasında da qar yağa bilər), duman, çovğun olacağı, yolların buz bağlaması və uçqun təhlükəsi gözlənilir. Dənizdə 3-4 bal gücündə fırtına dalğasının olması mümkündür.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Güclü qar yağıntısı, görüntünün zəifləməsi, çovğun, buz və uçqun təhlükəsi ilə əlaqədar magistralların müəyyən hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması mümkündür.
Qərbi Gürcüstan çaylarında gözlənilən yağıntılar suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmə və sel sürüşmələrinin baş verməsinə-aktivləşməsinə səbəb ola bilər.
Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Mleta-Qudauri və Qudauri (post)-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, Qudauri (post)-Kobi hissəsində yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək. . Tunellərdə qoşqulu, yarımqoşqulu və sərnişin tutumu 30-dan çox olan avtobusların hərəkəti birtərəfli həyata keçiriləcək.
Təmizləmə işləri nəticəsində Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-147-ci kilometrliyində (Pərvanə aşırımı-Ninotsminda) hissəsində qoşqulu, yarımqoşqulu və 30-dan çox oturacaq yeri olan avtobusların hərəkəti bərpa edilib. Batumi (Anqisa)-Axaltsixe avtomobil yolunun 38-ci km-də nəqliyyatın hərəkəti birtərəfli rejimdə bərpa edilib. Quliba kəndində torpaq sürüşməsi baş verib və bunun nəticəsində yol bağlanıb.