Yunan-roma güləşi üzrə Gürcüstan yığmasının üzvü, dünya çempionu Nuqzar Tsurtsumia Xobidəki evində ölü tapılıb.

27 yaşlı idmançının ölümünün dəqiq səbəbi hələlik məlum deyil.

Nuqzar Tsurtsumia 22 yaşında, 2019-cu ildə Qazaxıstanda keçirilən çempionatda dünya çempionu olub. Qeyd edək ki, yunan-roma güləşində gürcü pəhləvan 12 ildən sonra ilk dəfə qızıl medal qazanıb.

Nuqzar Tsurtsumia dünya çempionatında gümüş və bürünc medal da qazanıb. Bundan əlavə, o, Avropa çempionatının gümüş və bürünc mükafatçısı olub.

2022-ci ildə Dünya Güləş Federasiyası Nuqzar Tsurtsumia-nı 55 kq çəki dərəcəsində yunan-roma güləşçilərinin dünya reytinqində dördüncü olduğunu elan edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur