Xüsusi əməliyyat nəticəsində Albaniyanın paytaxtı Tiranda polis gürcü qanuni oğru Mindia Qoradzeni (Lavasoğlu) həbs edib. Lavasoğlu ekstradisiya ilə Gürcüstanda həbsdədir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Rəsmi məlumata görə, saxta Ukrayna vətəndaşı pasportu ilə Tiranada yaşayan, beynəlxalq axtarışda olan 42 yaşlı Mindia Qoradze Gürcüstan və digər ölkələrdə fəaliyyət göstərən cinayətkar qruplaşmaya rəhbərlik edib.
“Gürcüstanda və digər ölkələrdə silahlı şəkilədə və zorakılıqla soyğunçuluq edən cinayətkar qruplaşmanın rəhbərinin tutulması üzrə növbəti əməliyyat dünən axşam saatlarında başa çatıb. Tiran sakini Mindia Lavasoğlu (Qoradze) həm Gürcüstanda, həm də digər ölkələrdə əsasən mülkiyyət cinayətləri törədən zorakı cinayətkar qruplaşmaya rəhbərlik etməkdə ittiham olunur. Kutaisi məhkəməsinin qərarı ilə o, cinayət əməllərinə görə 12 il müddətinə azadlıqdan məhrum edilmə ilə cəzalandırılıb.
Mindia Lavasoğlunun ekstradisiyası üçün həmkarlarla əməkdaşlıq dəvam edir”, -Albaniya polisi məlumat yayıb.
2018-ci il iyulun 21-də Kutaisi Şəhər Məhkəməsi Mindia Qoradzeni "qanuni oğurluq"da, qurup şəklində qəsbin təşkilində və jurnalisti zorakılıqla hədələməklə peşə fəaliyyətinə mane olmaqda təqsirli bilib və 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası verib. Hökm çıxarılan zaman Lavasoğlu Gürcüstanda deyildi. Həmin ilin oktyabrında Gürcüstan Daxili İşlər Nazirliyi “qanun oğru”nun Türkiyə və Gürcüstan hüquq-mühafizə orqanlarının birgə işi nəticəsində Türkiyədə həbs olunduğunu təsdiqləyib. 2019-cu ilin iyununda vəkil Aleksandre Kobaidze bildirmişdi ki, Lavasoğlunun ekstradisiya həbs müddəti elə başa çatdı ki, Gürcüstan qanunla müəyyən edilmiş müddət ərzində məhkumun Türkiyədən ekstradisiyası üçün lazım olan arqumentləri təqdim edə bilməyib və bu səbəbdən o, həbsdən azad edilib. “Qanuni oğru”nun yaxınları Batumidə etiraz aksiyası keçirərək Qoradzenin Gürcüstana ekstradisiyasını tələb edirdilər. Aksiyaların başlanmasından sonra Gürcüstanın Baş Prokurorluğu onlar tərəfindən təqdim edilən vəsatətin Türkiyənin səlahiyyətli qurumlarında baxıldığını açıqlayıb. Qanuni oğru Gürcüstana təhvil verilməyib.
2021-ci ilin martında Ukrayna mediası Lavasoğlunun Ukraynanın Odessa hava limanında saxlanıldığını bildirib.
2022-ci ilin iyununda Gürcüstan Prokurorluğu xaricdə olan Mindia Lavasoğlunun Gürcüstanda təşkil edilən “qanuni oğru məslələrinə” distant şəkildə qoşulduğunu açıqlayıb.