“Hamı razıdır ki, “3+3” formatının qapısı Gürcüstana açıqdır. Biz başa düşürük ki, Gürcüstan hökuməti niyə “altılığa” qoşulmaqdan çəkinir. Biz Tiflis gələcəkdə bu qərarı vermək şansını özündə saxlamasını yüksək qiymətləndiririk. Hər halda Gürcüstanın indiki hakimiyyətinin bütün hərəkətləri köklü milli maraqlara söykənir və bu, dəfələrlə sübuta yetirilib. Bu, yaxın gələcəkdə “3+3” formatının tam formalaşacağına inanmağa imkan verir”, - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın paytaxtı Tehranda “3+3” formatının görüşündən sonra bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“3+3” formatının, yəni altı dövlətin platformasının yaradılması təşəbbüsü ikinci Dağlıq Qarabağ müharibəsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Bu, regionda sabitliyin və sülhün bərqərar olması üçün Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və İranın əməkdaşlığını nəzərdə tutur.
Gürcüstan Rusiya Federasiyası ilə “3+3” formatında iştirak etmir.
Oktyabrın 8-də Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Gürcüstanın Ermənistanla Azərbaycan arasında sülh prosesinə cəlb edilməsi “ən düzgün seçimdir” və Ermənistan razılaşarsa, “Azərbaycan Gürcüstanda dərhal ikitərəfli və üçtərəfli görüşlərə başlayacaq”.