Gürcüstan, Ukrayna və Polşa “Avro-2024-də” mübarizə aparacaq

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Avro-2024”ün seçmə mərhələsində Şərqi Avropa ölkələri mühüm qələbələr qazanıblar. Son dəqiqələrdə vurduğu qolla Ukrayna növbəti uğurunu qeyd edib və müharibə şəraitində adını qaliblər arasına ikinci dəfə yazdırıb. Gürcüstan və Polşanın taleyini gərgin penaltilər seriyası həll edib və yekunda hər üç komanda Avropa çempionatına vəsiqə qazanıb.

“Avro-2024”ün 24 iştirakçı ölkəsinin seçmə mərhələsi çərşənbə axşamı üç pley-off oyunu ilə başa çatıb. Turnirin açılışı iyunun 14-də Almaniyada olacaq.

Gürcüstan - Yunanıstan matçı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunun taleyi penaltilər seriyasında həll olunub və burada Gürcüstanın Yunanıstanı 4:2 hesabı ilə məğlub edib.

Gürcüstan kimi, Polşa da qələbəni oyun 0-0 hesabı ilə başa çatdıqdan sonra penaltilər seriyasında qazanıb. Kardifdə Uels üzərində 5:4 hesabı ilə qalib gələn Polşa Almaniyaya vəsiqə qazanan sonuncu komanda olub.

“Bu, hər şey demək idi, yəqin ki, bu axşam uduzsaydıq, beynəlxalq karyeramı bitirəcəkdim”, - Polşanın kapitanı Robert Levandovski deyib.

“UEFA”nın qərarına əsasən, təhlükəsizlik tədbirləri ilə əlaqədar Rusiya ilə hərbi əməliyyatlara görə Kiyevdə beynəlxalq oyunların keçirilməsinə icazə verilmir. Müvafiq olaraq, Ukrayna ev oyununu neytral Polşada, Vroslavdakı stadionda keçirib.

84-cü dəqiqədə Mixaylo Mudrikin İslandiyaya vurduğu qol Ukraynaya qələbə qazandırıb və pley-off-da müharibə şəraitində olan ölkəni ikinci dəfə qələbəyə aparıb.

“Azarkeşlərimizə təşəkkür edirəm, bu çətin dövrdə bizə çox kömək etdilər”, - Ukraynalı yarımmüdafiəçi Oleksandr Zinçenko deyib.

Avro-2024 Almaniyanın 10 şəhərində iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Gürcüstan F qrupunda Kriştianu Ronaldonulu Portuqaliya, Türkiyə və Çexiya ilə mübarizə aparacaq.

Polşa Fransa, Hollandiya və Avstriya ilə çətin D qrupunda yer alıb.

Ukrayna Belçika, Rumıniya və Slovakiya ilə E qrupundadır.

Gürcüstan açılış matçını iyunun 18-də Dortmundda Türkiyə ilə, daha sonra - iyunun 22-də Hamburqda Çexiya ilə qarşılaşacaq, iyunun 26-da Qelzenkirxendə “Şalke”nin “ev” stadionunda Kriştianu Ronaldonulu Portuqaliya komandası ilə oyunla başa vuracaq.

Milli komandanı “Bavariya”da 9 illik oyun təcrübəsi olan fransalı Villi Sanyoli çalışdırır.

Polşa iyunun 16-da Hamburqda Hollandiya, 21-də Berlində Avstriya, 25-də isə Fransa ilə qarşılaşacaq.

Ukrayna iyunun 17-də Münhendə Rumıniya ilə, sonra iyunun 21-də Düsseldorfda Slovakiya ilə, iyunun 26-da isə Ştutqartda Belçika ilə qarşılaşacaq.

Gürcüstanlı futbolçular artıq bir dəfə Avropa çempionu olublar. OnlarSovet İttifaqı komandasında ilk dəfə titulu  1960-cı ildə qazanıblar. İndi isə tarixdə ilk dəfə olaraq müstəqil ölkəyə Almaniyada öz futbol tarixini yaratmaq imkanı verilir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur