Macarıstan hökuməti tərəfindən müəyyən edilmiş təlabatlı peşələrə malik Gürcüstan vətəndaşları Macarıstanda iş tapmaq imkanı əldə edəcəklər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məşğulluq proqramı 2022-ci ilin sentyabrından pilot rejimdə onlayn ərizələrin qəbulu başlayacaq və 2023-cü ildən isə tam fəaliyyət göstərəcək.
Macarıstan hökuməti sürücü, inşaatçı, bank işçisi-operatoru, mexanik, elektrik, qaynaqçı, İT mütəxəssisi, aşpaz, ofisiant, tibb bacısı, masajçı, sosial işçi, əmlak gözətçisi, qida sənaye, kənd təsərrüfatı mütəxəssisi, ofis administratoru, menecer və.s kimi 150-yə yaxın peşəni təlabatlı peşələr siyahısına daxil edib.
Təlabatı olan peşəni təsdiq edən sənədi olan və Macar işəgötürənlərinin tələblərinə cavab verən Gürcüstan vətəndaşları Macarıstanda 3 aydan 5 ilə qədər qanuni şəkildə işləyə biləcəklər. Əmək haqqını işlə təmin edən müəyyən edəcək və əmək münasibətlərini müqavilə ilə tənzimləyəcəklər.
“Macar tərəfdaşlara Gürcüstanı qeyd olunan sadələşdirilmiş prosedurlardan faydalanan ölkələr siyahısına daxil etməyə hazır olduqlarına görə təşəkkür edirəm. Bu fakt Macarıstanın ölkəmizə sarsılmaz dəstəyinin daha bir bariz təsdiqidir”, - Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Macar həmkarı ilə görüşdən sonra bildirib.
Görüşdə iki ölkənin xarici işlər nazirləri turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsindən də söz açıblar. Bu kontekstdə Wizz Air tərəfindən Kutaisi hava limanından uçuşların sayının artırılmasının vacibliyi də qeyd olunub.
Macarıstan Avropa İttifaqının və NATO-nun üzvüdür. Macarıstan şimaldan Slovakiya, şərqdən Ukrayna və Rumıniya, cənubdan Serbiya və Xorvatiya, cənub-qərbdən Sloveniya və qərbdən Avstriya ilə həmsərhəddir. Ölkənin paytaxtı Budapeşt, rəsmi dili macar dili, milli valyutası isə forintdir. 1 forint 0,0071 lari dəyərindədir.
Macarıstan intensiv kənd təsərrüfatına malik inkişaf etmiş sənaye-aqrar ölkəsidir. Orta əmək haqqı 1027 avrodur.