“Gürcüstan Xəbərləri”nin şikayəti Konstitusiya Məhkəməsi tərəfindən baxılmaq üçün qəbul edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Konstitusiya Məhkəməsi “Gürcüstan Xəbərləri”nin parlamentə qarşı qaldırdığı konstitusiya şikayətini baxılması üçün icraata alıb. Media qurumu “Ümumi məhkəmələr haqqında” qanunun internet mediasına məhkəmə proseslərinin foto və videoçəkilişini qadağan edən və bununla da televiziyalara münasibətdə ayrı-seçkilik vəziyyətinə salan normalarını şikayət edir. İşə Konstitusiya Məhkəməsinin Plenumu baxacaq.

Gürcüstanın “Ümumi məhkəmələr haqqında” Üzvi Qanununa əsasən, məhkəmə proseslərinin qeyri-məhdud foto, kino, video və audio çəkilişini həyata keçirmək hüququ yalnız ictimai yayımçıya verilir. İctimai yayımçı onların xahişi ilə lentə alınmış materialı digər kütləvi informasiya vasitələrinə verməyə borcludur. İctimai yayımçının çəkiliş səlahiyyəti olmadıqda, qanun məhkəmə prosesini çəkmək hüququnu başqa ictimai yayımçıya, yəni başqa televiziyaya verir. Bir neçə televiziya prosesin çəkilişini tələb edərsə, hakim səlahiyyətli şəxsi püşkatma yolu ilə seçir. İctimai yayımçı kimi, özəl teleşirkətlər də çəkilmiş materialı digər mediayalara ötürməyə borcludurlar.

Konstitusiyanın 11-ci maddəsinin 1-ci bəndində “Bütün insanlar qanun qarşısında bərabərdir” deyilir. İrqinə, dərisinin rənginə, cinsinə, mənşəyinə, etnik mənsubiyyətinə, dilinə, dininə, siyasi və ya digər baxışlarına, sosial mənsubiyyətinə, əmlakına və ya rütbəsinə, yaşayış yerinə və ya digər əlamətlərə görə ayrı-seçkilik qadağandır”.

Gürcüstan Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, “Hər kəsin sərbəst məlumat almaq və yaymaq hüququ var”.

“Gürcüstan Xəbərləri” Konstitusiyanın bu maddələri ilə bağlı “Ümumi məhkəmələr haqqında” qanunun internet mediaya tətbiq etdiyi ayrı-seçkilik qadağalarını şübhə altına alır.

“İllər ərzində müxtəlif məhkəmələrdə proseslərin video və foto çəkilişinə imkan verilməyib, ona görə ki, biz ümumi yayımçı (televiziya və ya radio) deyilik. Mübahisəli normalar nə ictimai yayımçı, nə də başqa televiziya iclasda iştirak etmədikdə belə, internet mediasına prosesdən foto və video çəkməyi qadağan edir. Dəfələrlə belə hallar olub ki, ictimai yayım və ya ümumi efir yayımçısı sessiya başa çatmamış prosesin çəkilişini dayandırıb. Bizim televiziyalardan bütün prosesi lentə almağı xahiş etmək imkanımız yoxdur. Tezz-tez, biz müxtəlif mövzularda dərindən işləyərkən və ya jurnalist araşdırması hazırlayarkən bizə tam qeyd lazım olur”, -  “Gürcüstan Xəbərləri”nin redaktoru Qela Mtivlişvili qeyd edir.

Media qurumunun maraqlarını Gənc Hüquqşünaslar Assosiasiyasının hüquqşünası, konstitusiya məhkəmə heyətinin rəhbəri Qiorqi Qotsiridze müdafiə edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur