Gürcüstanda saat 19:33-də zəlzələ baş verib. Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin gücü 4,3 bal olub. Zəlzələnin episentri Ozurqetidən 7 kilometr aralıda yerləşən Vakicvari kəndindədir. Zəlzələ Quriyanın qonşu regionlarında - Acarıstan, Samsxe-Cavaxeti və Sameqreloda da hiss olunub. Dağıntı ilə bağlı Fövqəladə Hallar İdarəsi xidmətinə və bələdiyyə meriyasına heç bir məlumat daxil olmayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Zəlzələ zamanı necə davranmalı:
Əgər binadasınızsa:
Yerinizdə qalın! Masanın və ya başqa bir mebelin altında girib başınızı əlinizlə örtün. Pəncərələrdən, kaminlərdən, ağır mebellərdən və məişət cihazlarından uzaqlaşın; düşə biləcək əşyalardan uzaq durun - çilçiraq, divar şkafları və s. Dərhal mətbəxi tərk edin, çünki divardan mebel düşə bilər; sarsıntı dayanana qədər pilləkənlərə qaçmayın və çölə çıxmayın. Araşdırmaları göstərir ki, çox sayda insan əsasən binaları tərk edərkən xəsarət alır; liftdən istifadə etməyin.
Küçədəsinizsə:
Küçədə olsanız, binalardan, işıqforlardan, elektrik xətlərindən uzaq durmağa və nisbətən açıq, boş yerə getməyə çalışın.
Əgər sükan arxasındasınızsa:
Əgər sükan arxasındasınızsa, maşını saxlayın, amma ehtiyatla. Avtomobilinizi hərəkət zonasından mümkün qədər uzağa aparmağa çalışın; maşını körpülərin üstündə və ya altında, yerüstü keçidlərin, işıqforların, ağacların, işıq dirəklərinin və ya yol nişanlarının altında saxlamayın; sarsıntı dayanana qədər avtomobildə qalın; davam etməzdən əvvəl, getməyi planlaşdırdığınız yolda hər hansı ziyan olub-olmadığını öyrənmək üçün xəbərləri yoxlayın.
Əgər dağıntı altındasınızsa:
Kibrit yandırmayın; hərəkət etməyin və ya tozu uzaqlaşdırmağa çalışmayın; ağzınızı paltarla örtün; xilasedicilərin sizi asanlıqla tapa bilməsi üçün boruya və ya divara vurun. Qışqırın, ancaq unutmayın ki, bu müddət ərzində siz zərərli tozları qəbul edə bilərsiniz.
Yayılmış miflərə gəlincə, “zəlzələ zamanı qapının ağzında dayanmalısınız” - bu yalandır, bu təhlükəsiz yer deyil.