Gürcüstanda işsizlik və yoxsulluq tarixi minimumdadır – Qaribaşvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Hökumətimiz hər şeyi edib ki, ölkədə əmin-amanlıq, sabitlik olsun, yüksək iqtisadi artım olsun, işsizlik və yoxsulluq tarixi minimum həddə olsun”, - Baş Nazir İrakli Qaribaşvili bu gün hökumətin iclasında deyib.

Baş nazirin qeyd edib ki, son iki ildə 220 min iş yeri açılıb, larinin məzənnəsi sabitdir, hökumət bu il həyata keçiriləcək bir çox irimiqyaslı layihələri planlaşdırıb.

“Keçən ili ikirəqəmli iqtisadi artımla bağladıq. Bir neçə həftə əvvəl yenilənmiş məlumatlar yayımlandı. Xüsusilə, 10,1 % 2022-ci ilə aid idi, bu da o deməkdir ki, bizdə son iki ildə ikirəqəmli iqtisadi artım var. Təbii ki, bu təsadüfi olmayıb. Bu, hökumətimizin düşünülmüş, ağlabatan siyasətinin nəticəsidir. Bizim üçün əsas problemlərdən biri ikirəqəmli inflyasiya idi. Keçən il inflyasiyanın 12 və 13%-ə çatdığı dövr olub, ancaq bu, təkcə bizdə deyildi. Bu qlobal çətinlikdir, koronavirus pandemiyası zamanı başlayan, Ukraynadakı müharibədən sonra da davam edən problemdir. Avropada buna müharibənin səbəb olduğu inflyasiya da deyirdilər. Bu halda biz də istisna olmayacaqdıq. Buna baxmayaraq, biz inflyasiyanın səviyyəsini sabitləşdirə bildik. Xüsusilə, indiki inflyasiya artıq 9,4 % təşkil edir ki, bu da bizə nikbinlik üçün əsas verir demək olar, lakin bu kifayət deyil. Bizim vəzifəmiz inflyasiyanı mümkün qədər daha da aşağı salmaqdır. Bildiyiniz kimi, qiymətlər bu gün dünyanı və insanlarımızı narahat edən problem və çətinliklərdir”, - Qaribaşvili bildirib.

Hökumət başçısının sözlərinə görə, hökumət 500 milyon dollar investisyanı nəzərdə tutan hava limanı layihəsi üzərində fəal işləyir və Anaklia limanının tikintisinə bu il başlanılacağı gözlənilir. “Tbilisidə regionun ən yaxşı hava limanlarından birini əldə etmək üçün bizim ambisiyamız və motivasiyamız var. İkinci mərhələdə Batumi hava limanının genişləndirilməsi və tam modernləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, bu il Anaklia limanının tikintisinə başlamaq istəyirik. Biz bunun üzərində fəal işləyirik, İqtisadiyyat Nazirliyi öz işini çox yaxşı görür və böyük su elektrik stansiyaları layihəsi hamıya məlumdur”, - Qaribaşvili bildirib.

Sosial Xidmətlər Agentliyinin məlumatına görə, 2023-cü ilin yanvar ayında 667.668 nəfər sosial yardım alıb ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə 19.492 nəfər çoxdur. Rəsmi məlumata görə, 2015-ci ildə cəmi 389.650 nəfər sosial yardım alırdı və bugünkü göstərici 7 il əvvəlkindən 278.018 nəfər çoxdur.

Cari ilin yanvar ayının məlumatına görə, əhalinin məşğulluğunun təşviqinə dair dövlət proqramı çərçivəsində 139.011 nəfər sosial cəhətdən müdafiəsiz əhali qrupları işlə təmin olunub, bununla belə, onlar 4 il ərzində sosial yardım alacaqlar və sosial cəhətdən müdafiəsiz qrupların istifadə etdiyi digər müavinətlərin saxlanmasına zəmanət veriləcək onlara.

2021 və 2022-ci illərdə on minlərlə insan Gürcüstandan mühacirət edib. Milli Statistika Xidmətinin məlumatına görə, 2021-ci ildə Gürcüstanı 80.351 Gürcüstan vətəndaşı tərk edib, 38.526 nəfər ölkəyə qayıdıb, 40.825 nəfər isə xaricdə qalıb. Gürcüstanın Milli Statistika Xidməti hələ ötən ilin məlumatlarını yayımlamayıb, baxmayaraq ki, mühacirət edənlərin sayı ehtimal ki, daha çox olmalıdır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur