Gürcüstanın daha iki vətəndaşı - Saçxere bələdiyyəsinin Perevi kənd sakini Gela İobaşvili və Kareli bələdiyyəsinin sakini Nukri Kalaşnikov Rusiya tərəfindən işğal olunmuş Tsxinvali rayonunda qanunsuz olaraq saxlanılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Analitik Departamentinin direktor müavini İrakli Antadzenin sözlərinə görə, işğalçı rejim Gela İobaşvilini sentyabrın 14-də həbs edib, lakin Dövlət Təhlükəsizlik Xidmətinə bu barədə yalnız dünən, sentyabrın 22-də məlumat verilib. Antadzenin sözlərinə görə, qondarma Məhkəmə İobaşvili barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.
Nukri Kalaşnikova gəlincə, Antadze sadəcə onu dedi ki, Tsxinvalinin de-fakto məhkəməsi də Nukri Kalaşnikov barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib və o, əvvəllər də işğal rejimi tərəfindən saxlanılıb.
Bu gün Erqnetidə Rusiya işğalçı qüvvələrinin nümayəndələri ilə növbəti görüş keçirilir. Gündəmdə olan əsas məsələlərdən biri qanunsuz məhbusların azad edilməsidir.
Tsxinvali həbsxanasında Gela İobaşvili və Nukri Kalaşnikovdan başqa, Mamuka Çxikvadze, Kaxaber Natadze və Laşa Xetereli də qanunsuz həbsdədirlər.
Keçmiş hərbi qulluqçu Mamuka Çxikvadze 2021-ci ilin dekabrında Qori bələdiyyəsinin Nikozi kəndi yaxınlığında həbs edilib. O, qondarma sərhədi qanunsuz keçməklə yanaşı, narkotik qaçaqmalçılığında ittiham olunur. 2022-ci ilin mayında de-fakto məhkəmə Çxikvadzeni 5.6 il müddətinə azadlıqdan məhrum edib, onun yerli vəkili apellyasiya şikayəti verib və qanunsuz cəza 3.8 ilə endirilib.
24 yaşlı Laşa Xetereli Liaxvi vadisindən məcburi köçkündür və işğal olunmuş ərazidə qohumları var. İşğal rejiminin nümayəndələri onu 2021-ci ilin dekabrında altıncı dəfə həbs ediblər. Sonuncu dəfə (beşinci dəfə) 2020-ci il iyunun 30-da həbs edilib və Tsxinvali həbsxanasında bir il qanunsuz cəza çəkib.
Cənubi Osetiyanın de-fakto təhlükəsizlik komitəsi 1977-ci il təvəllüdlü Kaxaber Natadzeni də qondarma sərhədi qanunsuz keçməkdə ittiham edir. O, 2021-ci il dekabrın 10-da işğal olunmuş Tsinaqari kəndi yaxınlığında qanunsuz həbs edilib. Kaxaber Natadze Qori sakinidir.