Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili “xarici agentlər” haqqında rus qanununa görə istefa verib. “Reinkarnasiya edilmiş qanun layihəsi ilə bağlı dostlarımız və xarici tərəfdaşlarımızla münasibətlərdə yaradılmış mühit və əhval-ruhiyyə mənim Gürcüstanın Fransa Respublikasında və Monakoda fövqəladə və səlahiyyətli səfiri kimi missiyamı olduqca çətinləşdirir. Mən artıq bu istiqamətdə - Avropaya doğru irəliləmək və özümü Avropadan qorumaq istiqamətində öz rolumu və resursumu görə bilmirəm”, - Qoça Cavaxişvili qeyd edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstanın Avropa gələcəyinə münasibətimlə bağlı susmağımın yaratdığı şübhələri aradan qaldırmaq üçün keçən il o ağır günlərdə səmimiyyətlə dediyim və bu gün də aktual hesab etdiyim sözləri sözbəsöz təkrarlayacağam:
Avropa sadəcə sərhədlərlə əhatə olunmuş məkan deyil. Avropa ilk növbədə dəyərlər toplusudur. Avropalılıq bu dəyərlərə sadiqlikdir. Mənim xidmət etdiyim Gürcüstan nə təkcə iqtidardır, nə də təkcə müxalifət. Nə biri, nə də digəri ölkənin bu gününü və gələcəyini birləşdirmir. Yalnız xalq, onun tarixi, mədəniyyəti ölkənin mənəvi-mədəni kimliyi kimi fundamental missiyanı müəyyən edir. Atalarımızın iradəsi və vəsiyyəti vətənimizin Avropa gələcəyidir. Gürcüstan keçmişi və gələcəyi dərk etməklə Avropa yoluna sadiq qalacaq. Təvazökar işimlə bu şəkildə xidmət edirəm. Bu, mənim inamım və vətəndaş mövqeyimdir. Bu günə kimi mən tam şüurla və səmimiyyətlə Gürcüstanın Avropa işinə xidmət edirəm. Başqa yol və ya iş bilmirəm.
30 ildir ki, Gürcüstan diplomatiyasında xidmət edirəm, 10 il Avropaya inteqrasiyadan dərs demişəm. Mən inanıram və də tələbələri inandırırdım ki, biz Avropa mədəniyyəti və gələcəyi ölkəsiyik. Bizim yerimiz Avropadır. Mən əmin edirdim ki, biz Avropaya steril xalq kimi kimi lazım deyilik, əksinə Avropanı öz xüsusiyyətlərimizlə, özünəməxsus dilimizlə, əlifbamız və polifoniyamızla, zəngin ənənələrimiz, qədim mədəniyyətimiz və cazibəmizlə zənginləşdirməliyik. Düzü buna inanmasaydım, indiyə qədər heç kim məni bu xidmətdə saxlaya bilməzdi.
Onu da əlavə edim ki, mən qəti şəkildə inanıram ki, Gürcüstan artıq milli dəyərlərdə kifayət qədər güclənib, biz azadlığın, müstəqilliyin qiymətini bilirik. Gürcü xalqı Rusiyadan o qədər çox şey görüb, yaşayıb ki, gürcü torpağı bir daha rus toxumu və fidanı üçün münbit olmayacaq.
Şəxsən mən ətrafımda nə hökumətdə, nə də diplomatlar arasında açıq-aşkar rusiyayönlü olan heç kəsi tanımıram, başa düşürəm ki, bu, müəyyən məqsədə çatmaq üçün bir növ taktika ola bilər. Ancaq mən artıq bu istiqamətdə: Avropaya doğru irəliləmək və özümü Avropadan qorumaq istiqamətində öz rolumu və resurslarımı görmürəm.
Reinkarnasiya olunmuş qanun layihəsi ilə bağlı dostlarımız və xarici tərəfdaşlarımızla münasibətlərdə yaranan mühit və əhval-ruhiyyə mənim Gürcüstanın Fransa Respublikasında və Monakoda fövqəladə və səlahiyyətli səfiri kimi missiyamı olduqca çətinləşdirir. Müvafiq olaraq, mən artıq təyin olunmuş müddətdən əvvəl tutduğum vəzifədə səlahiyyətimə xitam verilməsi xahişi ilə birbaşa rəhbərliyimə müraciət etmişəm.
Mən də səmimi deyirəm ki, biz seçkilərdə həm etirazımızı, həm də məmnunluğumuzu bildirməliyik. İstəmirəm ki, mənim səmimi fikrim kiminsə xeyrinə, kiminsə ziyanına siyasi demarş kimi qəbul edilsin. Uzun bir tərəddüddən sonra artıq öhdəsindən gələ bilməyəcəyimi hiss etdiyim yükdən qurtulmaq istəyirəm. Səhv etsəm də peşman olmaram. Mən ancaq vicdanımın diktəsi ilə hərəkət edəcəm. Bu qərarımla çoxlarını incitdiyimi də anlayıram və bunu daha çox hiss edirəm. Gələcəkdə belə, harada olmağımdan asılı olmayaraq, mən həmişə Gürcüstanın Avropa gələcəyinin tərəfdarı və pərəstişkarı olacağam”, - deyə Qoça Cavaxişvili yazıb. O, 2022-ci ilin oktyabrında Gürcüstanın Fransadakı səlahiyyətli səfiri təyin edilib.
3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürülən "xarici agentlər" haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq, təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Aprelin 15-dən Tbilisidə rusqanununa qarşı kütləvi etiraz aksiyaları keçirilir. Artıq “Gürcü Arzusu” qanun layihəsini iki oxunuşda qəbul edib. Yekun oxunuş mayın 13-nə təyin edilib.