“Hər iki qanun layihəsi konstitusiyaya ziddir” - Konstitusiya Məhkəməsinin keçmiş hakimi

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

2009-2019-cu illərdə Gürcüstan Konstitusiya Məhkəməsinin hakimi olmuş professor Maia Kopaleişvilinin sözlərinə görə, parlament çoxluğu üzvlərinin təşəbbüsü ilə irəli sürülmüş “xarici agentlər” ilə bağlı qanun layihələri konstitusiyaya ziddir və dövlət orqanlarına qeyri-məhdud səlahiyyətlər verir.

“Onlar vahid qanuna və ya ayrı-ayrı qanunlara çevrildikdə Konstitusiya Məhkəməsində hər hansı normanın deyil, bütün qanunun konstitusiyaya uyğunluğu məsələsi qaldırılmalıdır, çünki bu qanun layihələrinin müstəqil və ya sintezli şəkildə əsasının qoyulmasını nəzərə alan nizam konstitusiyaya ziddir. Qanun layihələri öz mahiyyətinə görə təkcə Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə deyil, həm də Gürcüstan Konstitusiyasının prinsip və ruhuna, demokratik və hüquqi dövlət prinsiplərinə müvafiq olaraq insanın hüquq və azadlıqlarına, o cümlədən birləşmələrin azadlıq anlayışına ziddir.

Qanun layihələri qanunun ədalətliliyi və normanın proqnozlaşdırılabilənliyi ilə bağlı Gürcüstan Konstitusiyasının tələblərinə cavab verməyən normativ hüquqi aktların tətbiqini nəzərdə tutur. Burada qeyri-müəyyən və ayrı-seçkilik yaradan müddəalar var ki, bu da praktikada məsələnin ədalətsiz həllinə gətirib çıxaracaq. Qanun layihələri qanuna çevrilərsə, dövlət orqanları insan hüquqlarını məhdudlaşdırmaq üçün qeyri-məhdud səlahiyyət əldə edirlər.

Qanun layihəsi insanları 20-ci əsrin pis xatırlanan 30-cu illərinə qayıtmağa sövq edir və təsəvvürlərdə eyni adlı - Dasmen İnstitutunu canlandırır (məsələn, “monitorinqin başlanması üçün əsas Gürcüstan Ədliyyə Nazirliyinə təqdim edilmiş və konkret xarici təsir agenti ilə bağlı müvafiq arayışı özündə əks etdirən yazılı bəyanatdır”), agent kimi elan edilmiş təşkilatın bütün sıravi işçilərinin şəxsi məlumatlarının Baş Prokurorluğa  təqdim edilməsini təmin edir (“hüquqi şəxs qismində və ya fiziki şəxslərdən hər hansı digər birləşmələrdə işləyən bütün şəxslərin kimliyi”), qanun layihələrindən birində cinayət məsuliyyəti, digərində isə inzibati məsuliyyət nəzərdə tutulur. Məsuliyyəti müəyyən edən miqdar törədilmiş əməllərlə münasibətdə qeyri-mütənasibdir və s.”, - deyə Maia Kopaleişvili sosial şəbəkədə yazır.

Maia Kopaleişvili parlamenti rus qanunlarını dəstəkləməməyə, Gürcüstan konstitusiyasını və Gürcüstanı Avropa məkanının bir hissəsi etmək üçün vətəndaşların sarsılmaz iradəsini qorumağa çağıran müxtəlif universitetlərdən olan 237 professordan biridir.

“Xarici agentlərin qeydiyyatı” və “Xarici təsirin şəffaflığı” haqqında qanun layihələri maliyyəsinin 20%-dən çoxu xaricdən olan medya qurumları və qeyri-hökumət təşkilatlarını “xarici təsir agenti” kimi qeydiyyatdan keçirməyə məcbur edir. Bununla, Ədliyyə Nazirliyi media və qeyri-hökumət təşkilatlarını yoxlamaq, şəxsi məlumatları emal etmək və 25 min lari məbləğində cərimə tətbiq etmək səlahiyyətinə malik olacaq. Qanun layihəsində bu qanunu pozan şəxs üçün 5 il müddətində həbs cəzası nəzərdə tutulub. Müstəqil medya qurumları, qeyri-hökumət təşkilatları, vətəndaşlar və müxalif partiyalar qanun layihələrinə etiraz edirlər.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentin martın 9-da keçiriləcək plenar iclasında birinci dinləmədə səsə qoyularaq qəbul ediləcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur