Qurcaani rayon məhkəməsinin hakimi İoseb Abramidze Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ailə üzvlərinə qarşı keçirilən aksiyada saxlanılan 14 nəfərdən 11-nə tam bəraət qazandırıb, üç nəfərə isə şifahi irad tutub. İşə baxılarkən Daxili İşlər Nazirliyinin nümayəndəsi hakimin vəzifəsindən kənarlaşdırılmasını tələb edib, İoseb Abramidze isə bunu təmin etməyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyi saxlanılanları xırda xuliqanlıqda və hüquq-mühafizə orqanları əməkdaşlarını qanuni tələblərinə tabe olmamaqda ittiham edib.
Mayın 19-da Sergey Lavrovun kürəkəni Aleksandr Vinokurovun qardaşı Moşe Vinokurovun Tbilisidə toy etdiyi, mayın 20-də isə toy məclisinin Kaxetidə keçirilməli olduğu xəbəri yayılmışdı. Lavrovun qızı və əri də Kaxetidə olublar.
“Milli Hərəkat”ın keçmiş sədri Nika Melia səhər saat 5 radələrində mehmanxana-kompleksin ərazisinə daxil ola bildikdən sonra polis “Kvareli gölü” yaxınlığında səfərbər olub. Polis əməkdaşları Melianın ərazini tərk etməsini istəyib. Mübahisə zamanı yüksək rütbəli polis məmuru Qiorqi Klimiaşvili Melianı siyasi meyit adlandırıb.
Səhər saatlarında Kvarelidə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Lavrovun ailə üzvlərinin təcili olaraq Gürcüstanı tərk etməsini tələb ediblər. Polis aksiyada iyirmiyə yaxın adamı həbs edib.
Hakim Abramidze Aleksandre Miraxov, Tite Qedenidze və Şuşana Matsaberidzeyə şifahi xəbərdarlıq verib.
Ramaz Kereçeşvili, Beka Papaşvili, Davit İmedaşvili, Dimitri Çikovani, Tamaz Çxobadze, Qiorqi Qetsadze, Laşa Xuskivadze, Qiorqi Miraxovi, Nikoloz Narsia, Qela Xasaia və Nikoloz Qoniaşvili barəsində inzibati icraata xitam verilib.
Eyni işdə iyunda Siğnaqi rayon məhkəməsinin hakimi Lika Bokeria “Milli Hərəkat”ın siyasi şurasının üzvü Laşa Parulava və partiyanın digər fəalı Qiorqi Lomidzeyə qarşı inzibati xəta işi üzrə icraatı dayandırıb.