İnsanların sayını artırsan, 20 minə qədər çıxarsan - Mdinaradze 11 may aksiyası barədə 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlament çoxluğunun lideri Mamuka Mdinaradze hesab edir ki, mayın 11-də Avropa meydanında rus qanunu əleyhinə keçirilən aksiyada heç 20 min insan olmayıb. O, bunu hökumətin təbliğat-təşviqat telekanalı “İmedi”nin efirində jurnalistin “müxalifət mediası qeyri-real rəqəmlərdən danışır – guya Avropa meydanında 100 minə yaxın insan var” deməsindən sonra bildirib.

“Dəlilikdir dedikləri... baxın necədir. Sadəcə izah edək. Çox adam bilir, amma hər halda izah edəcəyəm. Çox böyük izdiham olanda, bir kvadrat metrə dörd nəfər sığar. İndi orada izdiham varsa və 100 min adam varsa, insanlar ən azı 25 min kvadratmetrdə dayanmalıdırlar. Təsəvvür edin, nə qədər cəfəngiyyat deyirlər. İndi gördüyüm orta görünürlükdə maksimum 5, 6, 7 min kvadratmetr olmalıdır. Burada adamların sayını artırmaq istəyirsinizsə, 20 minə qədər çıxırsınız. Amma gördüyüm qədərilə, bu qədər sıxlıq da yoxdur ki, 6-nı 3-ə vurasan. Təxminən 12, 14, 17 [min nəfər], dəqiq saya bilməzsən, bu yenə son şəkli olduqda daha aydın olacaq, onda saya bilərsən, amma sıxlığı və orada olan ərazini nəzərə alsaq heç 20 min nəfər də ola bilməz”, - Mamuka Mdinaradze bildirib və qeyd edib ki, 15 min adam da önəmlidir, məsuliyyət götürüb deməlisən:

“Təşkilatçı olan insanlar, siz mənfurlarsınız. Sizlərdən bu mənfurlara həqiqətən inananlar səhv yolda olan insanlar. Asandır... 200 min, ən azı on sizinki qədər adam küçədə bizə deyirdi ki, ay xalq, geri çəkilməyin, torpağımızı, dilimizi, inancımızı qoruyun; Suverenliyimizi qoruyun”, - deyə Mdinaradze bildirib.

Mayın 11-də Tbilisidə Avropa meydanında rus qanunu əleyhinə və Gürcüstanın Avropa kursuna dəstək aksiyasında on minlərlə insan iştirak edib. Aksiya iştirakçıları ora üç müxtəlif yerdən gəliblər.

Təşkilatçılar mayın 12-də, saat 22:00-da parlament binası qarşısında növbəti nümayiş elan ediblər. Vətəndaşlar gecələməyə gedirlər.

Mayın 13-ü, bazar ertəsi, səhər saat 09:00-dan etibarən rus qanunu parlamentin Hüquq Məsələləri üzrə Komitəsində müzakirə olunacaq, ertəsi gün isə səsverməyə üçün plenar iclasa çıxarılacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur