Gürcüstanın baş naziri İrakli Ğaribaşvili İsrailə səfəri çərçivəsində ölkənin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Gürcüstanın hökumət administrasiyasının məlumatına görə, baş nazirlər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas istiqamətlərini və mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Administrasiyanın yaydığı bəyanatda bildirilir ki, tərəflər iqtisadi istiqamətdə əməkdaşlıq və turizm sahəsində əməkdaşlığın müsbət dinamikasını müzakirə ediblər.
İrakli Ğaribaşvili qeyd edib ki, ölkələr arasında ticarət-iqtisadi əlaqələr dinamik şəkildə inkişaf edir və azad ticarət sazişi üzrə danışıqlar gələn ildən başlayacaq və bu, ölkələr arasında tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxaracaq.
Müzakirə olunan məsələlər arasında dünyada təhlükəsizlik mühiti və çətinliklər olub.
“Cənab baş nazir, sizi qəbul etməkdən məmnunluq duyuram. İsraillə Gürcüstan arasında çox isti münasibətlər var. Xalqlarımız arasındakı əlaqə 2500, hətta bəlkə də 2600 il əvvələ gedib çıxır. Gürcüstanda yəhudi icmaları yaşayırdı. Bir çox yəhudi Gürcüstandan İsrailə köçüb. Onlar ölkələrimiz arasında canlı körpüyə çevriliblər. Gürcüstanı özümün də görmək imkanım olub. Mən bilirəm ki, biz əlaqələrimizi daha da yüksək səviyyəyə qaldıra bilərik və səfəriniz zamanı bu fürsəti təqdir edirəm”, - deyə İsrailin baş naziri bildirib.
İrakli Ğaribaşvili Benyamin Netanyahunu Gürcüstana dəvət edib. Onun dediyi kimi, yəhudi icması Gürcüstan cəmiyyətindən həmişə dostluq, tam dəstək və rahatlıq hiss edib.
İsrailə səfəri zamanı xarici işlər naziri İliya Darçiaşvili də İrakli Ğaribaşvilinin yanındadır.