Hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidzenin anası, Təhsilin Keyfiyyətinin İnkişafı Milli Mərkəzinin keçmiş direktor müavini Tamar Zaalişvili “Pirveli” teleşirkətinə qarşı məhkəməyə müraciət edib. O, teleşirkəti yalan məlumat yaymaqda və böhtan atmaqda ittiham edir və təzminat tələb edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Söhbət 2021-ci il iyulun 10-da “Nodar Meladze şənbəsi” verilişində yayımlanan “Zirzəmidən saxta diplomlar” reportajından gedir – professor əlini İrakli Kobaxidzenin anasına uzadır. Mübahisəli süjetdə jurnalist deyir ki, Dövlət Teatr və Kino Universiteti zirzəmilərdən birində saxta diplom çap edirdi, daha sonra tələbələrə verirdi. Universitetin keçmiş dekan müavini Marine Mikautadze rektoru ifşa etməsindən sonra işdən çıxarıldığını deyir. Mikautadze illərdir “saxta diplomlar” işinin araşdırılmasını tələb edir, lakin jurnalistin fikrincə, bütün qurumların susmasına səbəb “Gürcü arzusu”nun sədri İrakli Kobaxidzedir.
“Kobaxidzenin anası Təhsil Nazirliyinin keyfiyyətə nəzarət mərkəzinin direktor müavini olub. Mərkəz teatrın verdiyi bəzi diplomların həqiqi olmadığını müəyyən etdikdən sonra, Kobaxidzenin anası Tamar Zaalişivili arayışında yazır ki, əvvəllər saxta elan edilən diplomlar, əsldir”, - hekayənin müəllifi deyir.
Tamar Zaalişvili iddiasında qeyd edir ki, süjetdə Marine Mikautadze onun şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna qarşı böhtan xarakterli bəyanat verib: “Xanım Tamar Zaalişvili yazılı sənədlərin saxtalaşdırılmasına imza atıb. Rüşvətə marağı olmasaydı, xanım Tamar Zaalişvili belə saxta sənədə imza atmazdı”.
Tamar Zaalişvili 2015-2017-ci illərdə Təhsilin Keyfiyyətinin İnkişafı Milli Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.
İrakli Kobaxidzenin anası “İmedi” telekanalına müsahibəsində bildirib ki, yalan məlumat yaymaqda əsas məqsəd oğlunun “şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirmək” olub. “İmedi” TV-nin məlumatına görə, “Gürcü arzusu” sədrinin anası teleşirkətdən 5555 lari, jurnalist və verilişin prodüserindən isə 5-5 lari tələb edir.
“Pirveli” telekanalının nümayəndələri hesab edirlər ki, Tamar Zaalişvilinin iddiasının məqsədi jurnalistləri və respondentləri qorxutmaq ola bilər.
Son aylarda “Gürcü arzusu”nun üzvləri və dövlət qulluqçuları hökuməti tənqid edən televiziya şirkətlərinə qarşı çoxsaylı iddialar qaldırıblar.
Tbilisi meri və “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze “TV Pirveli” verilişinin aparıcısını böhtan xarakterli bəyanat yaymaqda ittiham edir və mənəvi ziyana görə 100 min lari tələb edir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qriqol Liluaşvili də eyni səbəbdən “Mtavari” kanalına və “Formula”ya şikayət edir. 11 bələdiyyənin sədri “Mtavari” kanalını böhtan xarakterli bəyanatla bağlı məhkəməyə verib. Onların hər biri eyni məbləğdə – mənəvi ziyana görə 55 555 min lari tələb edir.
“Beynəlxalq şəffaflıq - Gürcüstan”ın fikrincə, tənqidi mediaya qarşı koordinasiyalı məhkəmə iddialarının verilməsi zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsinə xidmət etmir, əksinə, mediaya təzyiq göstərmək məqsədi daşıyır.