İşğal altındakı Abxaziyada konsert proqramı ilə çıxış edən Rusiyanın "Bi-2" (БИ-2) rok qrupu Tbilisidə çıxış edəcək. Bilet satışı artıq başlayıb. İdman Sarayında keçiriləcək konsert martın 19-na planlaşdırılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“YouTube”daki bir videodan aydın olur ki, 2013-cü ildə “Bi-2” üzvləri, Eqor Bortnik və Aleksandr Uman Abxaziya sakinlərini Suxumidə planlaşdırılan konsertə dəvət edirdilər.
“2013-cü il iyulun 15-də bu şəxslər Suxumidə, Nazirlər Şurasının qarşısındakı meydanda, 1993-cü il sentyabrın 27-də gürcü hərbi məhbuslarının güllələndiyi yerdə konsert veriblər. Bu qrupa nəinki Tbilisidə konsert verməyə icazə verilməməlidir, hətta onlar Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı qanunları pozduqlarına görə həbs edilməlidirlər”, - blogger Qiorqi Caxaia deyir.
“Bi-2”nin yaydığı elana görə, qrup martın 10-da Moldovanın paytaxtı Kişinyovda, martın 17-də İrəvanda, 19 martda isə Tbilisidə çıxış edəcəyi “Hallelujah” adlı dünya turnesinə başlayır.
Konsert biletlərinin satıldığı “tkt.ge” saytı qrupu və planlaşdırılan konserti bu cür təqdim edir: “Qrup konsertlərində yeni mahnılarla yanaşı, müxtəlif dövrlərin hitlərini də səsləndirəcək - «Молитва», «Скользкие улицы», «Моя любовь», «Варвара», «Мой рок-н-ролл», «Серебро», «Полковнику никто не пишет» və başqa mahnıları. Kədər hissi və anlaşılmazlıq qorxusu ilə yanaşı, musiqiçilərin öz ideallarına sadiq qalmaq istəyini də hiss etməmək mümkün deyil - sevgi ləyaqət, azadlıq. Nə qalır fəlakətin astanasında olan fırtınalı dünyadan”.
Gürcüstanın 2008-ci ilin avqust müharibəsindən sonra qəbul etdiyi “İşğal olunmuş ərazilər haqqında” qanununa əsasən xarici vətəndaşlara Gürcüstanın işğal olunmuş ərazilərinə - Abxaziya və Sxinvali vilayətinə yalnız Zuqdidi və Qori bələdiyyələrindən daxil olmağa icazə verilir. Bu qaydanın pozulmasına görə cərimə və ya 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.