İşğalçı məğlub olacaq, yaşasın azad Gürcüstan! - Zelenski

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanı, o cümlədən Rusiyanın işğalı altında olan Abxaziyanı və Sxinvali bölgəsini Müstəqillik Günü münasibətilə təbrik edib.

“Bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edir. Mən bütün gürcü xalqını təbrik edir, onlara bizimlə və Avropanın bütün digər xalqları ilə birlikdə azad, sülhsevər və Avropa ailəsində birləşmələrini arzulayıram. Mən bunu bütün Gürcüstana - ölkənizin Rusiyanın işğalı altında olan (Hələlik!) hissələrinə arzulayıram. Gürcüstan ən qədim və mühüm tarixi gücdən biridir və bu güc qarşısıalınmazdır, mən buna əminəm. İşğalçı məğlub olacaq”, - Zelenski gündəlik video müraciətinin sonunda deyib.

Ukrayna prezidenti təbrikini gürcü dilində belə yekunlaşdırıb: “გაუმარჯოს თავისუფალ საქართველოს! (Yaşasın azad Gürcüstan!)”.

Mayın 26-da Gürcüstanın Müstəqillik Günü qeyd edilib. Tbilisidə, Azadlıq meydanında bu günə həsr olunmuş tədbirdə çıxış edən Gürcüstan Prezidenti Salome Zurabişvili Ukraynaya qələbə və firavanlıq arzulayıb. Baş nazir İrakli Qaribaşvili də çıxışında Ukraynanın adını çəkib və deyib: “Azadlığın ilk düşməni müharibədir. Bu gün qardaş Ukrayna xalqımız Rusiyanın başladığı amansız müharibədə öz azadlığını qorumaq üçün çox böyük fədakarlıqlar göstərir. Mən bir daha Ukraynanı və Ukrayna xalqını dəstəklədiyimi bildirir, müharibənin tezliklə bitməsini, sülh, barışıq və azadlıq arzulayıram”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur