Cənubi Osetiya de-fakto Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin (Kagebe) məlumatına görə, iyul ayında qondarma Dövlət sərhədinin müxtəlif hissələrində 33 qanun pozan şəxs saxlanılıb. 12 nəfər inzibati qaydada cərimələnib, 3 nəfər cərimə olunmadan “Respublika”nın hüdudlarından kənarlaşdırılıb, 10 nəfərə xəbərdarlıq edilib, qalan 8 nəfərin barəsində isə araşdırmalar aparılır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nəhayət, Rusiya işğalçı qüvvələri qanunsuz həbsdə olan ABŞ vətəndaşı Frenk Yanezi azad edərək Gürcüstanın mərkəzi hökumətinə təhvil veriblər. İyulun 27-də 23 yaşlı Yanez işğal altındakı Axalqori rayonunun Balaani kəndində “sərhədi qeyri-qanuni keçmək”də təqsirli bilinərək həbs edilib.
Avqustun 17-də Rusiya hərbçiləri tərəfindən martın 26-da Zemo Arçevi kəndi yaxınlığında qanunsuz şəkildə saxlanılan 35 yaşlı Levan Maçabeli Çxinvali həbsxanasından azad edilib. Cənubi Osetiya de-fakto Respublikasının Dövlət Təhlükəsizlik Xidməti bəyan edib ki, Levan Maçabeli 2005-2009-cu illərdə Gürcüstan Silahlı Qüvvələrinin 3-cü briqadasının hərbi qulluqçusu olub və 2008-ci ilin avqustunda Cənubi Osetiya ərazisində döyüş əməliyyatlarında fəal iştirak edib: " Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat başlayandan sonra Levan Maçabeli “Gürcüstan Milli Legionu”na qoşulmaraq könüllü şəkildə Donbasda Rusiya silahlı qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etməyə cəhd edib. Səhhətində yaranan problemlərə görə bundan imtina etdikdə Maçabel Cənubi Osetiya ərazisinə qanunsuz daxil olmaq və respublikada yerləşən Rusiya hərbi kontingentinə qarşı təxribat təşkil etmək qərarına gəlib. Maçabelini Çxinvalinin sözdə Məhkəməsi tərəfindan 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə 5 ayını keçirdi.
Avqustun 5-də Rusiya işğalçı qüvvələri tərəfindən işğal edilmiş Lopan kəndi yaxınlığında qanunsuz saxlanılan Zaza Meqrelişvili və Tamaz Qoqiçaşvili azad edilib.Onların hər ikisi 2021-ci ilin dekabrın 15-də həbs edilib.
Digər keçmiş hərbçi Mamuka Çxikvadze hələ də Çxinvali həbsxanasında saxlanılır. O, 2021-ci ilin dekabrında Qori bələdiyyəsinin Nikozi kəndi yaxınlığında həbs edilib. O, sözdə sərhədi qanunsuz keçməklə yanaşı, narkotik qaçaqmalçılığında ittiham olunur. 2022-ci ilin mayında de-fakto məhkəməsi Çxikvadzeni 5,6 il müddətinə azadlıqdan məhrum edib, onun yerli vəkili apellyasiya şikayəti edərək və qanunsuz verilən cəzası 3,8 ilə endirilib. De-fakto hakimiyyətin qərarına əsasən, işğal olunmuş Çxinvali rayonu istiqamətində hərəkət təxminən üç ilə yaxın müddətə məhdud idi. Avqustun 18-də qəbul edilən qərara görə, işğal olunmuş Axalqori və Gava sakinləri üçün sözdə “Razdaxan” (Odzis) və “Pereu” (Perevi) keçid məntəqələri qismən açılıb. Sözdə keçidlər hər ayın 20-dən 30-dək səhərdən axşama qədər (yerli vaxtla saat 9-dan 7-dək) açıq olacaq.
Sözdə Sərhəd Xidmətinin rəisi Valeri Alixantinin məlumatına görə, avqustun 20-22-də cəmi iki gün ərzində sözdə sərhədi hər iki tərəfdən 500-ə yaxın insan keçib. Bunlardan 411-i sözdə “Razdaxan” keçidindən istifadə edib. 267 nəfər Tbilisinin nəzarətində olan əraziyə keçid edib, 241 nəfər isə işğal olunmuş rayona keçib.
“Hər şey normal şəraitdə gedir. Yeganə problem ondan ibarətdir ki, əvvəllər Gürcüstan ərazisinə icazəvərəqəsi olmadan keçən vətəndaşlar geri qayıda bilmir. Onların vətənə qayıtması üçün mexanizm hazırlamaq mütləqdir”, - deyə Alixanti bildirib.