Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynada Rusiyaya qarşı döyüşən tanınmamış İçkeriya respublikasının tərəfdarlarının qanını tökməklə hədələyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Noxçala Məcəlləsindən [“Şərəf kodeksi”] heç kim imtina etməyib. Ona görə də sizə demək istəyirəm ki, xüsusi əməliyyat bitsə də, bitməsə də, biz səni ömrün boyu sizi təqib edərək məhv edəcəyik. Öldürülən hər bir qardaşımız üçün sizdən minlərlə insan öldürəcəyik. Çeçendilli şeytanlara demək istəyirəm: sizin yeriniz ordadır. Sizi buradan qovduq və bundan sonra siz, döyüşçü olduğunuzu və nəyisə müdafiə etdiyinizi deyirsiniz. Sən öz ideyanız, əgər varsa, respublikanızı, vətəninizi qoruya bilmədiniz qaldı ki, başqalarının vətənini necə qoruya bilərsiniz?! Sizin haqqınızda danışmaq gülməlidir, amma bir şeyi demək istəyirəm ki, qisasımız çox acı olacaq”, - Kadırov Telegram kanalında bildirib.
Ramzan Kadırov tanınmamış respublikanın tərəfdarlarını qəbul edən və ya qəbul edəcək dövlətlərə də müraciət ünvanlayıb: “Əgər qardaş qardaşı üçün öz qanlısını öldürürsə, yaxud oğul atasına, anası və ya bacısına görə şeytan terrorçunu öldürürsə və əgər siz bunu qətl, cinayət olaraq hesab edirsinizsə biraz mehriban olun, həmin o, şeytan-terrorçuları deportasiya edin, bizə təhvil verin. Belə deyim da, onlar harada olurlarsa olsunlar, bonları taparaq məhv edəcəyik”.
Kadırovun sözlərinə görə, qan götürmək "Avropa liberallarının da yanlış təsəvvür etdiyi" kimi orta əsrlərdən qalma deyil.
“Bu, qəsdən adam öldürmənin nəzəri ehtimalını belə sıfıra endirən aqressiya və ehtiyatsızlığın qarşısını almaq üçün yeganə və ən təsirli vasitədir. “Biz Zelenski üçün də qan alınacağını bəyan edə bilərdik, lakin onun hərəkətlərini və bəyanatlarını təhlil etsək görərik ki, o, Qərbin girovudur və başqasının əmrlərini yerinə yetirməyə məcburdur”- Kadırov deyir.
2014-cü ildən İçkeriyanın birinci prezidenti Coxar Dudayev və Şeyx Mansurinin adını daşıyan iki könüllü batalyonu Ukrayna tərəfində döyüşür. İyul ayında tanınmamış İçkeriya respublikasının tərəfdarları Ramzan Kadırov və onun rejiminə qarşı cihad elan ediblər. Bundan başqa, İçkeriyanın ikinci prezidenti Aslan Masxadovun oğlu Anzor Masxadov və Şeyx Mənsur adına batalyonun sözçüsü İslam Belokiyev Çeçenistanda yeraltı müqavimət hərəkatının hazırlıqlarını açıqlayıblar. Onun sözlərinə görə, hazırlığın məqsədi “İçkeriyanın işğaldan azad olunması və müstəqilliyidir”.
Ukrayna Ali Radasının deputatları tanınmamış Çeçenistan Respublikasını İçkeriyanın suveren dövlət kimi tanınmasını tələb edirlər. Müvafiq qətnamə layihəsi iyulun 12-də Ukrayna Radasına təqdim edilib.
“Çeçen xalqını özünə tabe etmək üçün Kreml iki müharibə aparıb, şiddətli qətllər, soyqırımlar törədib və terror siyasətini davam etdirmək üçün isə öz əlaltısı Ramzan Kadırovu təyin edib. İki müharibə zamanı Arqun və Qroznı şəhərləri Rusiyanın kütləvi bombardmanı (məsələn, Mariupol, Severodonetsk və Ukraynanın onlarla başqa şəhərləri) nəticəsində demək olar ki, tamamilə yerləbir olmuşdu. İçkeriya döyüşçüləri artıq müstəqilliyimiz uğrunda mübarizədə Rusiyaya qarşı müharibədə Ukraynaya kömək edirlər”, - deyə qətnamə layihəsinin müəlliflərindən biri Oleksi Qonçarenko bildirib.