Kadırovun bacısı oğlu Yakub Zakriyev “Danone” şirkətinin Rusiyadakı baş direktoru oldu

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Çeçenistanın kənd təsərrüfatı naziri və Ramzan Kadırovun bacısı oğlu Yakub Zakriyev Rusiyada süd məhsulları istehsal edən ən böyük şirkətlərdən biri olan “Danon Rusiya” [Danone Russia] şirkətinin baş direktoru təyin edilib. Adıçəkilən şirkətin məhsulları, o cümlədən qatıqlar Gürcüstan bazarında da satılır.

“Danon Rusiya”nın səhmlərinin 100%-i Ukraynada müharibə başlayandan sonra 2022-ci ilin oktyabrında investorlara Rusiyada fəaliyyətini dayandıracağı barədə xəbərdarlıq edən Fransanın “Danone” şirkətinə məxsus idi. Prezident Vladimir Putinin 16 iyul 2023-cü il tarixli fərmanına əsasən, şirkətin törəmə müəssisəsi olan “Danon Rusiya”nın aktivləri müvəqqəti idarəetmə üçün Federasiyanın Əmlakın İdarə Edilməsi üzrə Federal Agentliyinə verilib. “Danone” bildirib ki, şirkət “Danone Russia”nın səhmdarı kimi hüquqlarını qorumaq üçün bütün lazımi tədbirləri görməyə hazırlaşır.

Putinin fərmanından iki gün sonra, iyulun 18-də 32 yaşlı Yakub Zakriyev “Danon Rusiya” şirkətinin baş direktoru olub.

Zakriyevin təyinatı ilə bağlı açıqlamanı Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev verib. Onun sözlərinə görə, Yakub (İbrahim) Zakriyev ən məsul vəzifələrdə böyük təcrübəyə malikdir.

“Onun “Danon Rusiya” şirkətinin baş direktoru vəzifəsinə seçilməsi onu göstərir ki, Çeçenistan lideri Ramzan Kadırovun komandasının nümayəndələri istedadlı və uğurlu menecerlərdir”, - Dudayev bildirib.

Yakub Zakriev Ramzan Kadırovun böyük bacısının oğludur. 2018-ci ildə 27 yaşında Qroznı şəhərinin meri təyin edilib, 2020-ci ildə isə Çeçenistanın komandiri və hökumət administrasiyasının rəhbəri olub. Hazırda o, Çeçenistanın baş nazirinin müavini və respublikanın kənd təsərrüfatı naziri vəzifələrini tutur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur