Kinoteatrlar, "tkt.ge" və "biletebi.ge" Rəqabət Agentliyi tərəfindən 1,6 milyon lari cərimə edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi Agentliyi kinoteatrları və kinoteatrların biletlərini onlayn satan şirkətləri 1 670 258 lari məbləğində cərimələyib.

Birgə təsərrüfat subyekti “Distribyutor Şirkət”ə (“Distribyutor Şirkəti”,“Kavea Saburtalo” MMC, “Kavea Qalereya” MMC, “Kavea Tbilisi Mol” MMC, “Rustaveli Holdinq Sinema” MMC, “Amirani” MMC, “Apollo Batumi” MMC ) sanksiya kimi 1 120 562 lari ödəməsi həvalə olunub. 100% payı “TBC Bank Group PLC”yə məxsus olan “Tineti” MMC 544 328 lari, şikayətçi “El-Biletebi” MMC isə 5 368 lari məbləğində cərimələnib.

“Distribyutor Şirkət” MMC ilə “Tineti” MMC arasında eksklüzivlik şərti ilə imzalanmış və kinoteatr biletlərinin yalnız “Tineti”yə məxsus “tkt.ge” portalına satış hüququ verən müqavilə rəqabət məcəlləsinin pozulması kimi qiymətləndirilib. Şikayətçi MMC “El-Biletebi” də öz növbəsində ona məxsus olan “biletebi.ge” portalında eksklüziv əldə etməyə çalışıb.

“İstintaqın ilkin mərhələsində qurumun müraciəti əsasında məhkəmə “Distribyutor Şirkət” tərəfindən eksklüziv şərtdən istifadəni dayandırıb. Müvafiq olaraq araşdırmalar başa çatana və qurumun yekun qərarına qədər artıq şikayətçi şirkətə bazarda fəaliyyət göstərməyə icazə verilib və bununla da qapalı bazar açılıb və rəqabət mühiti yaradılıb”, - deyə qurumun açıqlamasında bildirilir.

Rəqabət Agentliyi tərəfindən cərimələnən 6 kinoteatr qərarı məhkəməyə şikayət etməyə hazırlaşır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur