“Müxtəlif mənbələrdən maliyyələşən zəngin QHT-lər var. Siyasi tələblərlə çıxıb, siyasi ambisiya nümayiş etdirəndə, daha çox, cəmiyyətə yüksək dərəcədə şəffaflıq nümayiş etdirmək kimi mənəvi borcları var, amma görürük ki, onların xərcləri tamamilə qeyri-şəffafdır, ictimaiyyətin heç bir məlumatı yoxdur bu isə risklər yaradır. Ölkəmiz kiçik dövlətdir və təbii olaraq müxtəlif risklərə qarşı həssasdır”, - bunu hakim “Gürcü arzusu” partiyasının sədri, parlament çoxluğunun lideri İrakli Kobaxidze sentyabrın 13-də keçirilən mətbuat konfransında bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kobaxidze Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu alması üçün müəyyən edilmiş 12 bəndin yerinə yetirilməsi üçün yaradılmış işçi qruplarında qeyri-hökümət təşkilatlarının iştiraki ilə bağlı jurnalistlərinin suallarını cavablandırıb.
“Təkcə siyasi partiyalar maliyyə baxımından şəffaf olmamalıdır, eyni şey QHT-lərə, xüsusən də siyasi proseslərdə birbaşa iştirak edən və siyasi üstünlüklərini birbaşa ifadə edən çox zəngin QHT-lərə aiddir. Onların fəaliyyəti niyə qeyri-şəffafdır, bu, təbii olaraq suallar yaradır. Həmçinin dezinformasiyanın üzə çıxarılması ilə məşğul olan QHT-lərə gəlincə, onlardan biri factcheck-dir, məsələn, çox vaxt dezinformasiya, faktiki yalanlar yayır. Onların birbaşa siyasi maraqları da var. Onların kökünə və təsisçilərinə qədər getsək, radikal müxalifətlə birbaşa əlaqəsi olan belə QHT-lərin arxasında konkret ad və soyadları tapmaq çox asandır.
Onların niyə siyasi fəaliyyətlə məşğul olması ilə bağlı bizdə böyük sual işarələri yoxdur. Cəmiyyət bütün bunlarla bağlı öz mülahizəsini formalaşdırmalıdır və bu baxımdan onların xərclərini cəmiyyət üçün şəffaf olması vacibdir” – “Gürcü Azrzusunun” sədri aydınlaşdırdı ki, hakim partiya indiki mərhələdə qeyri-hökümət təşkilatlarının gəlir və xərclər hissəsi ilə bağlı məlumatları ictimayyətə açıqlamağa məcbur etmək təşəbbüsünü qanunla nəzərə almır:
“Onlar bu gün qanunla buna məcbur deyillər,amma bu, bir növ mənəvi borcdur. Öz xərclərini ictimayyətə çatdırsalar, çox yaxşı olardı və ictimayyət əlavə nəticə çıxarardı. İndiki mərhələdə belə bir məsələyə baxılmır. Gələcəkdə neyisə düşünsək, ilk növbədə ictimayyətə deyəcəyik”.
İrakli Kobaxidzenin sözlərinə göre, “Ədalətli Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyət” (ISFED), eləcə də “Beynəlxalq şəffaflıq - Gürcüstan” (TI) qeyri-hökümət təşkilatları İctimai Müdafiəçinin seçilməsi ilə bağlı yaradılan işçi qrupunda iştirak etməyəcək:
“O ki qaldı iki QHT-nin bu prosesdən kənarda qalmasına, məncə, bunu başa düşmək ictimaiyyət üçün çox asandır. Onlar birbaşa siyasi tələblərlə çıxış ediblər. İSFED əvvəlcə “PVT” (səslərin paralel hesablanmasının nəticələri) saxtalaşdıraraq inqilabi proseslərə qarışdı, sonra isə birbaşa səhnəyə, Rustaveli prospektində dayanaraq hökumətin istefası ilə bağlı birbaşa siyasi tələblə çıxış etdi. O, iki dəfə inqilabi proseslərə qarışdı və hər iki dəfə bu niyyətində uğursuz oldu. İkincisi, “Beynəlxalq şəffaflıq - Gürcüstan” (TI) (artıq Mşvenieradzeni və digərlərini saymıram) da səhnədə olub və seçkilərlə bağlı “PVT” saxtalaşdırma kampaniyasında iştirak edib. Təbii ki, onların yeri heç bir iş prosesində ola bilməz, çünki onlar artıq qeyri-hökumət təşkilatı deyillər, özlərini siyasi partiya kimi mövqeləndiriblər. Onları digər qeyri-hökumət təşkilatlarından fərqləndirən yeganə cəhət var-dövlətdir. Onlar başqalarından daha zəngindirlər. Onların cəmiyyətdəki nüfuzu çox aşağıdır, səriştəsi, ixtisası çox aşağıdır. Belə bir şəraitdə nə İSFED-in, nə də Tİ-nin iş proseslərinə cəlb edilməməsi ictimaiyyət üçün heç bir şəkildə təəssüf hissi doğurmur. Partnyorlar üçün “PVT”-i saxtalaşdırmaq və onları səhnəyə çıxartması çox pis görünməli idi. Belə saxtakarlığa məruz qalanda ən azı bir il mümkün qədər təmkinli olmalısan və bu saxtakarlıqdan bir ildən sonra birbaşa siyasi tələblərlə səhnəyə çıxırlar. ISFED haqqında hər şey aydındır. Onlara qeyri-hökumət təşkilatlarının cəlb edilməli olduğu iş prosesində yer olmayacaq", - deyə Kobaxidze bildirib.
“Ədalətli Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyət”-in icraçı direktoru Nino Dolidzenin sözlərinə göre, “Gurcu azzusu”nun bəyanatları təzyiq və təqib forması daşıyır:
“Xüsüsilə ölkənin Aİ-yə namizəd statusunu gözlədiyi prosesdə çox təsüf edicidir.Təbii ki, bu, Avropa yolu deyil. Avropada vətəndaş təşkilatlarına münasibətdə özlərini belə aparmırlar”.
Gənc Hüquqşunaslar Assosiyasiyanın sədri Nika Simonişviliin sözlərinə görə, “Gürcü arzusu” tənqidi qeyri-hökümət təşkilatlarının maliyyə mənbələri ilə maraqlansa da, “Altinfo” və ona oxşar olan qurumların maliyyələşdirilməsindən narahat deyil. “Qərbyönümlü dəyərlərin lobbiçiliyinə görə indi qeyri-hökümət sektoru hökümət tərəfindən təhdid altındadır, amma Rusyayönlü qüvvələrin təşkil etdiyi kütləvi zorakılıqlara susur. Qeyri-hökümət sektorunun maliyyə mənbələri də açıqdır və bu pullar nəyə xərclənir saytda yaxşı araşdırmalısınız, nəsə tapılmasa və maraqlanırsınızsa, oda gizli deyil. Açıq qapıları sındırmağı buraxın. Beynəlxalq audit şirkətləri vəsaitlərimizin məqsədyönlü xərclənməsini yoxlayır və narahat olmayın, hər şey qaydasındadır. İnsanlara maraqlıdır ki, dövlət məmurları və onların qohumları yaxşı yoxlanılan maliyyəmizi yox, dövlət büdcəmizi niyə yeyirlər”, - Nika Simonişvili Kobaxidzenin bəyanatına belə cavab verib.
“Gürcüstan xəbərləri”nin faktmetri yoxladı və müəyyən etdi ki, İrakli Kobaxidzenin iri qeyri-hökümət təşkilatlarının xərclərinin qeyri-şəffaf olması və ictimaiyyətin bu məlumatlara çıxışın olmaması barədə iddiası yalandır.
“Beynəlxalq şəffaflıq - Gürcüstan” internet saytında maliyyələşdirmə, donorlar, layihənin son tarixləri və fəaliyyətləri haqqında açıq şəkildə məlumat dərc olunub. Bu məlumata görə, hazırda təşkilatın 5 layihəsi var: onlardan ən böyüyü İsveç İnkişaf və Əməkdaşlıq Agentliyinin (SIDA) qrantıdır ki, onun da məbləği demək olar ki, 15 milyon İsveç kronu təşkil edir. Bu qrantla TI 2022-2025-ci illərdə şəffaf və hesabatlı institutlar vasitəsilə Gürcüstanda korrupsiyanın azaldılması layihəsini həyata keçirir. Siyasi partiyaların maliyyələşdirilməsinin və seçki prosesində inzibati resurslardan istifadənin monitorinqi üçün 2019-2025-ci illərdə USAID-dən 475 min ABŞ dolları qrantı var; 2022-2028-ci illərdə Aİ-Gürcüstan assosiasiya gündəliyinin həyata keçirilməsi üçün Avropa Fondunun qrantının məbləği 204 292 lari təşkil edir.
2004-2021-ci illər üzrə illik hesabatlar “Beynəlxalq şəffaflıq - Gürcüstan” saytında dərc olunub. 2021-ci il hesabatına görə, təşkilatın gəliri 4 142 968 lari idi; 2020-ci ildə 5 004 221 lari; 2019-cu ildə 4 126 265 lari; 2018-ci ildə 3 775 214 lari; 2017-ci ildə 4 053 619 lari; 2016-cı ildə 2 476 755 lari; 2015-ci ildə 2 254 047 lari; 2014-cü ildə 1 862 643 lari;
Hesabatlarda görsənir fəaliyyətlər, həyata keçirilən layihələr, işçilər, donorlar və digərləri ilə yanaşı, maliyyə məlumatları, işçilərin və ekspertlərin maaşlarına nə qədər pul xərcləndiyi, proqram fəaliyyətləri, səyahət, ünsiyyət və s. Müstəqil auditorun rəyi hesabata əlavə olunur.
“Ədalətli Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyət”ə gəlincə, qurum 2012-ci ildən etibarən öz internet səhifəsində illik hesabatlar dərc edir. Hesabatlarda əsas fəaliyyət istiqamətləri, əldə edilmiş nəticələr, layihələr və donorlar, gələcək planlar haqqında məlumatlar yer alır.
2021-ci il hesabatına əsasən, ISFED 2021-2022-ci illərdə dezinformasiyaya qarşı ictimai müqaviməti gücləndirmək üçün Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyindən qrant olaraq 171 571 lari alıb; 2021-ci il yerli hökumət seçkiləri zamanı sosial mediadan təhlükəsiz istifadənin təşviqinə görə Hollandiyanın Gürcüstandakı səfirliyindən 284 270 lari; 2021-2022-ci illərdə Gürcüstanda keçirilən seçkilərin etimadını qorumaq üçün Amerikanın “Demokratiya üçün Milli Dəstək” (NED) fondundan 130 752 ABŞ dolları; Yerli vətəndaş cəmiyyətinin gənc liderlərinin gücləndirilməsi üçün Qara Dəniz Etimad Fondundan 58 721 ABŞ dolları; 2021-ci il özünüidarə seçkilərinin azad və ədalətli şəraitdə keçirilməsini təmin etmək üçün Açıq Cəmiyyət Fondundan 38 794 ABŞ dolları; 2022-2024-cü illər seçkilərində hesabatlılığı, ədaləti və islahatları təşviq etmək üçün Şərq-Qərb İdarəetmə İnstitutundan (EWMI) 900 000 ABŞ dolları.
Digər qeyri-hökumət təşkilatları da öz internet saytlarında illik maliyyə hesabatlarını açıq şəkildə dərc ediblər:
Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası 2021-ci ildə qrant, ianə və üzvlük şəklində cəmi 4 987 278 lari əldə edib. Hesabat dövründə qurumda 106 nəfər, o cümlədən 43-ü regionlar üzrə işçi çoxsaylı işlərə cəlb edilib. Onların əməyinin ödənilməsinin ümumi fondu 2 333 896 lari təşkil edib. 766 nəfərə birdəfəlik qonorar verilib - ümumilikdə 693 931 lari.
Medianın İnkişafı Fondu - 2021-ci ildə təşkilatın ümumi gəliri 544 448 avro təşkil edib ki, bunun da 38%-ni qrant gəlirləri, 62%-ni isə digər müqavilələrdən əldə olunan gəlirlər təşkil edib. Media İnkişafı Fondu Facebook-un üçüncü tərəf tərəfdaşlıqları üçün faktların yoxlanılması proqramını həyata keçirir.
Gürcüstanın Demokratik Təşəbbüsü - 2021-ci ildə təşkilatın illik gəliri 879 390 lari təşkil edib. Bunun 292 796 lari Şərq-Qərb İdarəetmə İnstitutundan; İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyindən 266 205 lari; Açıq Cəmiyyət Fondundan 168 965 lari; Avropa Demokratiya Fondundan 87 389 lari və s.
Gürcüstan Reformalar Assosiasiyası (factcheck.ge internet saytını idarə edir) öz saytında cari və başa çatmış layihələr, məqsədlər, donorlar, son tarixlər haqqında məlumat dərc edib.