Kobaxidze ruslar üçün vizaların tətbiqi tələbinə- ksenofobiyaya qarşı cavabımız sərt olacaq

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Birbaşa deyim ki, bu, düşünülmüş, tamamilə utancverici və ksenofobik kampaniyadır. Heç bir normaya, heç bir standarta sığmır. Əgər kimsə avropalı olmaq istəyirsə, bunu ksenofobiya ilə sübut edə bilməyəcəklər”, - deyə “Gürcü Arzusu”nun sədri “Lelo” partiyasının təşəbbüsü ilə bağlı açıqlamasında bildirib.

“Lelo” hakimiyyətdən, Rusiyaya və Ukraynaya qarşı hərbi təcavüzdə iştirak edən digər ölkə vətəndaşları üçün məhdudlaşdırıcı tədbirlər görməyi tələb edir.

  1. Müvəqqəti viza rejimi tətbiq edilsin;
  2. Gürcüstanda torpaq və digər daşınmaz əmlakın alınması, yaşayış hüququnun verilməsi məsələlərini mümkün qədər məhdudlaşdırmaq və sərt şəkildə nəzarət etmək;
  3. Biznesin qeydiyyatı prosesini mümkün qədər məhdudlaşdırmaq və nəzarət etmək;

Kobaxidzenin sözlərinə görə, Gürcüstanda ksenofobiyaya yer yoxdur.

“Turizmə gəlincə, turizm ölkəmizin əsas istiqamətlərindən biridir və bununla bağlı da bir çox saxta məlumat  yayılır. Xüsusilə, məsələn, televiziyalardan birixəbər verir ki, guya bu gün Gürcüstanda rusiyalı turistlərin sayı Gürcüstan əhalisinin 10%-ə bərabərdir, hansı ki,  tamamilə yalandır.

Əslində, heç 1%-i belə deyil. Ümumilikdə Gürcüstana daxil olanlar və tərk edənlər də daxil olmaqla 242 min nəfər var. Bu, tamamilə saxtaməlumata  əsaslanan ksenofobik kampaniyadır.

Əvvəlki hakimiyyət avqust müharibəsindən sonra Rusiya vətəndaşları üçün vizasız rejim tətbiq etdi və bu gün də həmin insanlar burada bizdən məhdudiyyətlər, sanksiyalar və s. tətbiq etməyimizi istəyir.  Bu, bir başal ksenofobiyadır və təbii ki, biz bu ksenofobiyaya sərt şəkildə cavab verəcəyik”, - deyə İrakli Kobaxidze bildirib.

“Beynəlxalq şəffaflıq -Gürcüstan”(QHT)  avqustun 3-də paylaşdığı  araşdırmaya əsasən 2022-ci ilin yanvar-iyun aylarında Gürcüstana Rusiyadan 247 min ziyarətçi daxil olub. 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə Rusiyadan ölkəmizə daxil olanların sayı 3 dəfə azdır. Eyni araşdırmaya görə, yanvar-iyun aylarında Gürcüstanda 6419 Rus şirkəti qeydiyyatdan keçib ki, bu da 2021-ci ilin illik göstəricisindən 7 dəfə çoxdur.

 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur