İyunun 28-də baş nazir İrakli Kobaxidze parlamentin plenar iclasında illik məruzə ilə çıxış edəcək və bu səbəbdən onlayn media, o cümlədən onlayn nəşrlərin akkreditə olunmuş jurnalistləri parlament binasına yenə buraxılmayacaqlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstanın Parlament Binasında təhlükəsizlik qaydalarının təsdiq edilməsi ilə bağlı” Gürcüstan parlamenti sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23 sərəncamına uyğun olaraq, bu il iyunun 28-də, Gürcüstanın parlament binasında təhlükəsizlik tədbirləri həyata keçiriləcək - ziyarətçilərin parlament binasına girişi məhdudlaşdırılacaq.
Planlaşdırılan parlament tədbirlərinə (komitə və plenar iclasları da daxil olmaqla) yalnız müvafiq struktur bölmələrinin dəvət etdiyi şəxslər buraxılacaq.
Parlament tədbirləri başa çatana qədər hər bir yayımçıdan üçdən artıq akkreditə olunmuş televiziya yayımçıları qrupunun/telemedia vasitələrinin binaya buraxılmasına icazə verilməyəcək. Sözügedən tədbirin məqsədi Gürcüstan parlament binasında iş və təhlükəsiz mühitin təmin edilməsidir”, - parlamentin yaydığı bəyanatda deyilir.
Gürcüstanın parlament aparatı aprelin 15-dən onlayn media nümayəndələrinin binya daxil olmasına və işləməsinə vaxtaşırı qadağalar qoyur. “Gürcü Arzusu” “xarici agentlər” haqqında rus qanunüç oxunuşda elə qəbul edilib ki, heç bir komitənin müzakirəsi və ya plenar iclası zamanı onlayn nəşrlərin redaktorları və jurnalistləri binaya buraxılmayıb.
2024-cü il aprelin 16-da parlamentin sədri Şalva Papuaşvili onlayn nəşrlərin jurnalistlərinin Gürcüstan parlamentinə buraxılmamasının motivi kimi, onların mümkün vətəndaş mövqeyini və etirazını ifadə etmələrini göstərib.
Aprelin 16-da “Publika”, “Mediachecker”, “Gürcüstan Xəbərləri/Dağ Xəbərləri”, “Monitor” Studiyası və “Netgazeti”nin redaktorları Xalq Müdafiəçisinə şikayət edərək ayrı-seçkiliyin müəyyən edilərək aradan qaldırılmasını tələb ediblər. İki aydan çox vaxt keçib və Xalq Müdafiəçisi nəinki şikayətlə bağlı qərar qəbul etməyib, hətta şikayətçilərli belə dindirməyib.
Onlayn nəşrlərin redaktorları hesab edirlər ki, onlar fərqli fikrə görə diskriminasiyaya məruz qalırlar.