Köçəri quşların ov mövsümü avqustun 27-də açılacaq və martın 1-dək davam edəcək. Ovçular ova çıxmazdan əvvəl 10 lari dəyərində rüsum ödəməyə məcburidirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məbləğ ödənildikdən yeddi gün ərzində (ödəniş günü də daxil olmaqla) ovla məşğul olan şəxs özü ilə rüsumun ödənildiyini təsdiq edən sənədi əyani və ya elektron formada gətirməlidir; Həmçinin, Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilmiş ov tüfəngini saxlamaq və gəzdirmək hüququnu təsdiq edən sənədi.
Rüsumu Gürcüstanın istənilən bankında ödəmək mümkündür, vahid xəzinə hesabı: Dövlət Xəzinədarlığı agentliyi, bank kodu: 220101222, hesab nömrəsi: 200122900, büdcə daxilolmalarının növünü müəyyən edən xəzinə kodu: 3033.
Gürcüstan şəhərlərinin inzibati sərhədlərində, dövlət qoruqlarında, milli parklarda, habelə dövlət qoruqlarının ətrafındakı 500 metrlik ərazilərdə və milli parkların ətrafındaı 250 metrlik ərazilərdə habelə Milli Təbiət Agentliyinin idarəsi/istifadəsi altında olan mövcud təsərrüfatların sahələri üzrə bölgələrdə ov etmək qadağandır.
Hamar lüləli odlu silahla (tüfənglə), gödək lüləli odlu silahla (karabin və ya tüfəng), əlavələr edilmiş odlu silahla (gödək və hamar lüləli tüfəng) soyuq ov və soyuq odlu, pnevmatik silahlarla ov etmək qadağandır;.
İl boyu, ov zamanı bitkilərin yandırılmas, çöl quşlarının yumurtalarının toplanması və satışı, heyvanların yuvalarının, yaşayış yerlərinin dağıdılması və ya məhv edilməsi qadağandır.
Heyvanların kütləvi şəkildə tutulması vasitələrilə - əldə və ya zavodda hazırlanmış torlar, tələlər, qarmaq, habelə çuxurlar, səs siqnalları, zəhər, ov silahlarına quraşdırılmış reflektorlar yayan elektron (o cümlədən müstəqil enerji məbəyi ilə çalışan) cihazları vasitəsilə quşların cəlb edilməsi, partlayıcı maddələr vasitələrdən, tüfənglərindən və digər avtomatik silahlardan istifadə etməklə, həçminin əyyarələrdən, vertolyotlardan, avtomobillərdən, motosikletlərdən, qayıqlardan, motorlu qayıqlardan və digər motorlu nəqliyyat vasitələrindən, o cümlədən gecə faralardan və projektorlardan istifadə etməklə ovlamaq, mühərrikli və səsboğucu mühərrikli qayıqlardan su quşlarını ovlamaq (təqiblə ov), habelə gecə tonqal yandırmaqla ovlamaq qadağandır.
Ov itlərindən, habelə ova öyrədilmiş yırtıcı quşlardan, bu quşa sahib olmağın qanuniliyini təsdiq edən sənəd olduğu halda, ovda istifadəsinə icazə verilir.
Ovlanmasına icazə verilən köçəri quş növlərinin siyahısı, ov şərtləri və ov yerlərinə görə gündəlik limitlər ilə bu linkdən tanış ola bilərsiniz.
Vətəndaşlar qanun pozuntusu ilə bağlı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi-nin 153 qaynar xəttinə (zəng pulsuzdur və anonimlik qorunur) zəng edə bilərlər.