Konstantine Morqoşiyanın 80 yaşlı bibisi “Alt İnfo” televiziyası milyon lari məbləğində maliyyələşdirilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusyönümlü və homofob “Alt İnfo” qrupu tərəfindən təsis olunana eyniadlı televiziya şirkəti 2022-ci il və 2023-cü ilin ilk üç ayı ərzində gəlir şəklində 1 193 388 lari əldə edib. Bu məbləğin 99,8%-i yənni 1 191 260 lari yayımçının sahiblərindən biri Tsiala Morqoşiya tərəfindən ianə edilib. Gəlirlərin qalan hissəsi, yəni 2128 larini isə reklam gəlirləri təşkil edib.

“Alt İnfo” MMC (S/N 405313389)  Gürcüstanın Milli Rabitə Komissiyasından televiziya yayımı lisenziyasını 2020-ci ilin sonunda alıb. Rəsmi olaraq teleşirkətin 50% payının sahibi rusyönümlü qrupun liderlərindən biri, Konstantine Morqoşiyanın bibisi Tsiala Morqoşiyadır. Qalan 50% isə, eyni zamanda televiziya şirkətinin direktoru olan Aleksandr Kardavaya məxsusdur. Tsiala Morqoşiya təqaüdçüdür və Senaki şəhərində qeydiyyatdadır. 2022-ci ildən o, hər ay televiziya şirkətini maliyyələşdirir. Ən böyük birdəfəlik məbləğ - 187 220 lari ötən ilin avqustunda ödənilib. 2023-cü ilin birinci rübündə Tsiala Morqoşiya "Alt Info"ya ümumilikdə 208 550 lari köçürüb.

Konstantine Morqoşiya izah edir ki, bibisi televiziya şirkətini öz əmlakından maliyyələşdirir.

“Bibim çox, çox uzun müddət fəal idi, müxtəlif biznes fəaliyyəti ilə məşğul olurdu. Bu, onun əldə etdiyi və indi gətirdiyi əmanətdir. Bu topladığı və indi ianə etdiyi əmlakıdır. O, kifayət qədər böyük kapitala sahib idi, sahibdir və imkanı var. Bir milyon qulğa milyon kimi səslənir, amma başı, son 350-400 min dollardır. Bu o qədər də böyük məbləğ deyil”, - deyə Morqoşia bildirib.

Bütün ölkə miqyasında yayımlanan “Alt İnfo” əsasən zorakı qrup üzvləri tərəfindən rusyönümlü, homofob mesajlar və zorakılığa çağırışlar yaymaq üçün istifadə olunur. İyulun 8-də keçirilən “Tbilisi Prayd” festivalının pozulmasından sonra avroparlamentarların bir hissəsi Aİ qurumlarının rəhbərlərindən “Alt İnfo” və Morqoşiyaya qarşı sanksiyalar tətbiq etməyi xahiş edib.

“Biz “Alt Info” qrupuna və onun arxasında duran oliqarx Konstantine Morqoşiyaya qarşı məqsədyönlü sanksiyaları qəti şəkildə tələb edirik. “Alt-İnfo”nun öz media kanallarında LGBTQİ-fobik nifrət nitqləri yaydığı bilinir və iyulun 8-də “Tbilisi Prayd”a hücumlarda fəal iştirak edib”, – altı avroparlamentarın məktubda bildirilir.

“Alt İnfo” siyasi partiyası televiziyadan əlavə “Mühafizəkarlar Hərəkatı”nın da təsisçisidir. Zorakı qrup partiyanı 2021-ci ilin sonunda qeydiyyatdan keçirib və ondan əvvəl, yəni həmin il iyulun 5-də “Tbilisi Prayd” təşkilatının elan etdiyi “Ləyaqət yürüşü”nə qarşı aksiya təşkil edib və bu aksiya jurnalistlərə və vətəndaş fəallarına qarşı genişmiqyaslı zorakılığa çevrilib. Yarandığı gündən bəri qeyri-maliyyə ianələrini gizlətdiyi üçün məhkəmə partiyaya 217 482 lari pul cəzası kəsib. 2022-ci il ərzində “Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nun vəsaiti 577 034 lari təşkil edib.

2022-ci il fevralın 24-dən, Rusiyanın Ukraynaya hücum etdiyi gündən “Alt İnfo” televiziyası aktiv şəkildə Rusiya təbliğatını aparır, Vladimir Putinin müharibəsinə və onun insanlığa qarşı cinayətlərinə haqq qazandırır.