“Güclü Gürcüstan” koalisiyasının seçki qərargahının rəhbəri Ana Natsvlişvili “Gürcü arzusu”nun regionlarda nümayəndələr irəli sürməsinə cavab verib və onların əhalinin maraqları ilə ortaq heç bir əlaqəsi olmadığını bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hakim partiyanın proporsional siyahısına daxil edilmiş 22 nümayəndədən 14-ü Gürcüstan parlamentində aktiv majoritar deputatıdır. Nümayəndələr arasında anti-Qərb bəyanatları ilə tanınan və rus qanununu dəstəkləyən deputat Fridon İnjianın oğlu, iş adamı İlia İnjia da var.
"Oktyabrın 26-da keçiriləcək seçkilərdə Rusiyanın nökər hakimiyyəti qaçılmaz olaraq uduzacaq. Dünən təqdim olunan gürcü xalqı ilə heç vaxt əlaqəsi olmayan odioz fiqurların, nümayəndə heyətinin seçki siyahısı da buna sübutdur.
Onlar heç vaxt Gürcüstan vətəndaşlarını və onların maraqlarını təmsil etməyiblər. Bunlar korrupsioner yerli feodallardır. Korrupsiya, o cümlədən qeyri-qanuni yerlərdə topladığı sərvətlə səsləri səfərbər etməyə çalışırlar və məhz “Gürcü Arzusu” onlara ümid bəsləyir.
Mən onlara demək istəyirəm ki, bu adamları necə adlandırırlarsa adlandırsınlar, istəyir nümayəndə, istəyir başqa şeylər olsun, bir şey faktdır - Gürcüstan Konstitusiyası ilə majoritar sistem ləğv edilib. “Gürcü Arzusu”nun ictimaiyyətə dediyi bu adamların yeni majoritar olacağı yalan şeydir. Adını dəyişməklə onların xarakteri dəyişmir. Gürcü seçiciləri onları yaxşı tanıyır. Bunlar açıq şəkildə rusiyapərəst insanlardır. Onların bir çoxu Gürcüstanın maraqları ilə heç bir əlaqəsi olmayan “Rus qanunu”nun tərəfdarlarıdır.
Biz illərdir görürük ki, “Gürcü arzusu” seçkilərdə nəyə arxalanır. Məhz qara pullara, korrupsiyaya, yerli feodalların hakimiyyəti ələ keçirib, sonra o hakimiyyətlə alver etməsinə, insanları öz xeyrinə seçim etməyə məcbur etməsinə. Amma onlar parlamentdə təmsil olunanda yerli vətəndaşların mənafeyini, hüquqlarını qorumaq üçün heç bir iş görmürlər. “Gürcü Arzusu”nun bu seçkilərdə ortaya çıxardığı söykənəcək budur", - Bu barədə Natsvilişvili bu gün keçirilən brifinqdə bildirib.
“Gürcü Arzusu” 30 seçki dairəsinin hamısında nümayəndələr təqdim edəcək. Yaxın bir neçə gün ərzində Tiflisdən 8 nümayəndənin adının açıqlanması planlaşdırılır və tam proporsional siyahı yəqin ki, sentyabrın ortalarında açıqlanacaq. Baş nazir İrakli Kobaxidze deyib ki, proporsional siyahıda bütün nümayəndələr birinci yerdə olacaq.
2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri tam proporsional qaydada və 5 faizlik baryer şərtləri ilə keçiriləcək. Majoritar sistemin ləğvinə baxmayaraq, “Gürcü Arzusu” seçki məcəlləsinə dəyişiklik edib, bu da partiyaya siyahıya daxil edilmiş parlament üzvlüyünə namizədi 30 dairədən hər hansı birinin nümayəndə heyətinə namizəd kimi təyin etmək hüququ verir.