Rusiyanın Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 10 yaşlı uşaq daxil olmaqla 6 nəfər həlak olub, 80-dən çox insan yaralanıb. Xilasetmə işləri bu gün yekunlaşıb. Avqustun 1-i şəhərdə matəm günü elan edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Krivoy Roq şəhərinin meri Aleksandr Vilkulun verdiyi məlumata görə, hücum nəticəsində xəsarət alanlar arasında 7 uşaq da var. 19 nəfər orta dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, iyulun 31-də səhər saatlarında Rusiya iki “İsgəndər” ballistik raketi ilə Krivoy Roqa hücum edib. Raketlərdən biri universitetin laboratoriyasının 4 mərtəbəli binasına, digəri isə 9 mərtəbəli yaşayış binasına düşüb, bina qismən dağılıb. Təhsil müəssisəsinə edilən hücum nəticəsində laboratoriyada işləyən qadın həlak olub. O, dağıntılar altından tapılıb.
“Ukraynalılar kədər içində daha da birləşirlər. Rus raketlərinin günahsız insanların həyatını aldığını görəndə necə biganə qala bilərsən?”, - Bu barədə Dnepropetrovsk vilayətinin qubernatoru Serxi Lisak “Twitter”də yazıb.
Ukrayna Prezidenti Volodimir Zelenski video çıxışında faciəyə münasibət bildirib. “İstənilən rus terrorundan, Rusiyanın dünyanı şantaj etmək cəhdlərindən asılı olmayaraq, bizim birləşmiş gücümüz - insan həyatına qiymət verənlər- şəri məğlub etmək üçün kifayətdir”, - o bildirib.
Krivoy Roq Dnepropetrovsk vilayətinin əhalisinin sayına görə ikinci şəhəridir. Genişmiqyaslı müharibə başlayandan bəri dəfələrlə Rusiya raketləri və pilotsuz təyyarələr tərəfindən hədəfə alınıb. Bundan əlavə, Krivoy Roq Ukrayna prezidenti Volodimir Zelenskinin doğma şəhəridir.