“Bank of Georgia”nın Kutaisi şəhərinin Rustaveli prospektində yerləşən filialına basqın etməkdə ittiham olunan 37 yaşlı Qriqol Narsiyanı 12 ilə qədər həbs cəzası gözləyir. Sentyabrın 20-də törədilən hücümla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcələsinin 3 maddəsi ilə araşdırma aparılır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
236-cı maddə qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğuların qanunsuz istehsalı, daşınması, başqasına verilməsi və ya götürməsini nəzərdə tutur və altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
323-cü maddədə terror aktı törətməklə hədələmə nəzərdə tutulur – altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
329-cu maddə terror məqsədi ilə girov götürməni nəzərdə tutur və səkkiz ildən on iki ilədək müddətə azadlıqadan məhrum etmə ilə cəzalandırılır.
Doqquz saat davam edən xüsusi əməliyyat nəticəsində Qriqol Narsia həbs edilib, 14 girov azad edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Q.Narsiya saat 11 radələrində banka girib. O, girov götürülən bank işçilərinin və müştərilərin azad edilməsi müqabilində 2 milyon ABŞ dolları və bir vertolyot tələb edib. Təcavüzkar vaxtaşırı tələb və təhdidlərini girovlar tərəfindən çəkilən videolar vasitəsilə yayımlayırdı. O, ilkin olaraq şərtlərə əməl etmək üçün polisə üç saat vaxt verib. Bu müddət saat 15:00 radələrində başa çatıb. Girovlar hücumçunun banka partlayıcı qurğular quraşdırdığını və partlayışla hədələdiyini deyiblər.
Banka hücumdan təxminən altı saat sonra daxili işlər naziri Vaxtanq Qomelauri Kutaisiyə gədib. Xüsusi əməliyyat başa çatdıqdan sonra o, heç bir şərh vermədən bankın ətrafındakı ərazini tərk edib.
Banklara silahlı basqınla bağlı ən səs-küylü hadisə iki il əvvəl baş verib. 21 oktyabr 2020-ci ildə keçmiş hərbi qulluqçu 32 yaşlı Badri Esebua Zuqdididəki “Bank of Georgia” filialına daxil olaraq 43 nəfəri girov götürüb. Esebua 500 min dollar və təhlekəsiz keçid tələb edib. O, tələbləri yerinə yetirdikdən sonra üç girov və Sameqrelo-Zemo Svaneti polis idarəsinin direktoru Avtandil Qaldava ilə bank binasını tərk edib. Onlar gecə gec saatlarda Zuqdididən maşınla ayrıldılar, bundan sonra Esebua gizləndi. Keçmiş girov Laşa Şengeliya bildirib ki, onları qaranlıqda, naməlum yerə buraxıblar. Polis indiyədək Badri Esebuanı həbs etməyib. Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 323, 329 və 236-cı maddələri ilə terror aktı törətmə, terror məqsədi ilə girov götürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə faktları ilə araşdırma aparılır.
“Heç kim Badri Esebuanı tutmağımızı məndən çox istəmir. Bir il yarım keçdi. O, heç kimi öldürməyib və ya xəsarət yetirməyib, amma ağır cinayət törətdi. Biz hər şeyi edirik, bu şəxsi tutmaq üçün hər cür operativ şəkildə çalışırıq”, - deyə Daxili İşlər Naziri Vaxtanq Qomelauri 2022-ci ilin martında parlamentdəki çıxışı zamanı bildirib.
Müxalifət Esebuanın cinayətinə görə daxili işlər naziri Vaxtanq Qomelaurinin istəfasını tələb edirdi.
- 22 oktyabr 2020-ci il tarixində Kobuletidə “Bank of Georgia”nın inkassatoru qarət edilib.
- Həmin il noyabrın 20-də 31 yaşlı Levan Zurabaşvili Tbilisidə “Micro Business Capital” mikromaliyyə təşkilatına oyuncaq silahla əraziyə daxil olaraq 3 tələb irəli sürüb: qumar oyunlarının qadağan edilməsi; banklar tərəfindən bütün kreditlərin illik dərəcəsini 7%-ə endirməsini; dərman qiymətlərini aşağı salınmasını və əczaçılıq şirkətlərinə illik 10%-dən çox mənfəət əldə etməyi qadağan etməyini. Bankda olan 19 nəfər Zurabaşvilinin əlində əl qumbarası olduğuna əmin olub. Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
- Noyabrın 27-də silahlı şəxs Tbilisinin Diğomi massivində “Bank of Georgia”nın ekspress filialını qarət edib;
- 2021-ci il sentyabrın 11-də 49 yaşlı Şalva Melikişvili “Bank of Georgia”nın Kvarelidəki filialına girərək 6 nəfəri girov götürüb. Hücum edən şəxs girovların azad edilməsi müqabilində ona 500 000 lari və 500 000 ABŞ dolları verilməsini və binadan sağ-salamat çıxması üçün imkan verilməsini tələb edib, əks halda əl qumbarasını partlatmaqla və girovları öldürməklə hədələyib. Polis hücumçunu həbs edib, girovlar isə sərbəst buraxılıb.
- 2021-ci ilin aprelində “Bank of Georgia”nın Tbilisidə iki dəfə - Samqori və Afrikada olan filialları qarət edilib.
- 2022-ci il iyunun 10-da “Bank of Georgia”nın Batumi filialına hücum olub.