Laqodexi bələdiyyəsinin Qabal kəndində 23 yaşlı qız qaçırılıb. Hadisə dünən, iyulun 28-i axşam saatlarında baş verib. Müşahidə kameralarının lentə aldığı kadrlarda görünür ki, qız küçədən bir neçə nəfər tərəfindən maşına öz iradəsinə zidd olaraq mindirilərək qaçırılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yerli əhalinin “Gürcüstan Xəbərləri”nə verdiyi məlumata görə, onlar maşını Telavidə tərk edilmiş halda görüblər. Qızın yeri hələ müəyyən edilə bilməyib.
Daxili İşlər Nazirliyi polisin Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etməni nəzərdə tutan və 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan 143-cü maddəsi ilə istintaq başladığını açıqlayıb. Eyni əməlin əvvəlcədən razılaşdırılmış qrup tərəfindən törədilməsinə görə isə 4 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Yerli sakinlərin sözlərinə görə, gənc qız tələbədir və Tbilisidəki universitetlərdən birində oxuyur.