Lavrovun sözlərinə görə, agentlər haqqında qanun Gürcüstan hökumətinin dəyişdirilməsi üçün bəhanə olub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstanda “xarici agentlər” haqqında qanunun qəbuluna qarşı etirazlara cavab verib və bildirib ki, hadisələr Kiyevdəki “Maydan”la çox oxşardır.

“Şübhə yoxdur ki, büdcələrinin 20%-ni xaricdən maliyyələşdirən qeyri-hökumət təşkilatlarının qeydiyyatı haqqında qanun sadəcə olaraq hakimiyyəti zorla dəyişdirmək cəhdi üçün bəhanə idi. Qanunun özünü götürüb, son günlərdə Tbilisidə iğtişaşlar başlayanda bir çox politoloqların etdiyi kimi ABŞ, Fransa, Hindistan, İsraildə qeyri-kommersiya təşkilatlarının fəaliyyətini tənzimləyən qanunlar ilə müqayisə etsək, onun “solğunlaşdığını” görərik. Bütün bunları görmək mümkündür. Bundan əlavə, ABŞ-da oxşar qanun pozuntusuna görə - cinayət təqibi çərçivəsində 250.000 dollara qədər cərimə və beş ilə qədər həbs cəzası, Gürcüstanda isə bu, ölçüyəgəlməz dərəcədə kiçik bir məbləğdir - təxminən 9 min dollar və cinayət təqibi yoxdur”.

Lavrov Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozef Borrelin “agentlər” haqqında qanunun qəbulunun Avropa İttifaqının norma və dəyərlərinə uyğun gəlmədiyi barədə bəyanatını ikiüzlülük adlandırıb.

“Bir sıra Avropa ölkələrində eyni və daha sərt normaların olmasına baxmayaraq, cənab Borel gözünü qırpmadan dedi ki, gürcülərin, hakim “Gürcü arzusu” partiyasının qəbul etməyə çalışdığı qanun layihəsi Avropa dəyərlərinə qarşı çıxır və Gürcüstanın Avropa Birliyinə daxil olma yolunu bağlayır. Bir sözlə, təbii ki, açıq-aşkar ikiüzlülükdür.

Hökumət, hakim koalisiya, iqtidar partiyası qanunu geri götürəcəklərini bildiriblər və mən başa düşdüyüm qədərilə, onların törətdikləri zorakılığa dair video sübutların olmasına baxmayaraq, nəticədə 170-ə yaxın iğtişaşçını azad edəcəklər. Bu, əlbəttə ki, istənilən demokratik normaların pozulmasıdır və təqib olunmağa layiqdir. Buna baxmayaraq, hakimiyyət onları azad etdi, indi də müxalifətçilər heç bir fasilə vermədən deyrilər: Yox, siz ancaq birinci məsələdə güzəştə getmisiniz, indi isə istefa edin. Vətəndaş cəmiyyətinə bu cür münasibətin yolverilməz olduğunu iddialı tonda iddia edən Qərbin, həmçinin Dövlət Departamentinin mövqeyi sadəcə gülüş doğurur”.

Lavrovun sözlərinə görə, Gürcüstanda müxalifət Qərbin maraqlarını əks etdirir, hadisələr kənardan “orkestrləşir” və Rusiya sərhədlərində “qıcıqlandırıcı” ab-hava yaratmaq istəyi var.

“Bundan başqa, indiki hökumətin, 2013-cü ildə Yanukoviçin [Ukrayna prezidenti 2010-2014 - red.] hökuməti kimi, ilk növbədə öz ölkəsinin iqtisadi maraqlarını düşündüyü və anti-rus sanksiyalara qoşulmaqdan imtina etdiyi ölkədə bu, qıcıq doğurur. Bunun əsas səbəbi heç də onların rusiyayönümlü siyasətçi olması deyil, Rusiya ilə iqtisadi-ticarət əlaqələri, qaz təchizatı, şərab, konyak, “Borjomi” və kənd təsərrüfatı məhsulları və bunun müqabilində Gürcüstanın xarici ticarətində böyük paya sahib olmasıdır”, - deyə Lavrov bildirib və qeyd edib ki, Gürcüstan O, milli maraqlarını qurban verməyə məcbur olsa da, bu əməkdaşlıqdan imtina etmək istəmir.

“Gürcü arzusu” martın 7-də 78 deputatın dəstəyi ilə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci dinləmədə qəbul edib, minlərlə insanın etirazından sonra isə martın 10-da ikinci dinləmədə rus qanunun rədd edərək ləğv etmək məcburiyyətində qalıb.

Rusiya Federasiyasında “xarici agentlər” haqqında qanun 2012-ci ildən qüvvədədir və müstəqil medianı, vətəndaş cəmiyyətini və müxalifəti susdurmaq üçün istifadə olunur. Qanun Ədliyyə Nazirliyinə icazə verib ki, xaricdən maliyyələşən qeyri-kommersiya təşkilatları “siyasi fəaliyyət”lə məşğul olurlarsa, xarici agentlərin vahid reyestrinə daxil etsin. 2022-ci ilə qədər “xarici agent” anlayışı o dərəcədə böyüyüb ki, əgər dövlət belə bir qurumu "xarici təsir altında" hesab edirsə, o, vətəndaşlığından və yerləşdiyi yerdən asılı olmayaraq, demək olar ki, hər bir fiziki və ya hüquqi şəxsə tətbiq oluna bilər. 2022-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edib ki, sözügedən qanun Avropa Konvensiyasının 11-ci maddəsi ilə qorunan birləşmək hüququnu pozur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur