“Lelo” partiyası hakimiyyətə gələcəyi təqdirdə əhaliyə pensiyanı mərhələli şəkildə 1000 lariyə qədər artıracağını vəd edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Lelonun hesablamalarına görə, əgər aşağıdakı tədbirlər görülsə büdcədən pensiyalar 2024-cü ildəcə 200 lari artırıla bilər: İnfrastruktur Nazirliyinin proqramlarından 1 milyard lari azad ediləcək; işlə təminetmə proqramlarından və frilanserlərin 80% ixtisarı nəticəsində 500 milyon lari azad ediləcək; büdcə oyun biznesinin vergisindən əlavə 400 milyon qazanacaq. Lakin pensiyaları 1000 lariyə çatdırmaq üçün 2 milyarda qədər olan məbləğ kifayət etmir və təxminən 10 milyard lari lazımdır.
Partiyanın baş katibi İrakli Kupradzenin sözlərinə görə, bu gün dayandırılan qənaət edilmiş layihələri həyata keçirməklə pulun qalan hissəsini səfərbər etmək mümkün olacaq.
“Bu, Anaklia limanının tikintisi və onun fəaliyyətidir. Bu, Anaklia şəhərinin tikintisi və sonradan investisiyaların cəlb edilməsidir. Hökumətin dəyişdirilməsi və 2024-cü ildən “Lelo”nun cavabdeh olduğu böyük layihələrin həyata keçirilməsi qaçılmaz və vacibdir”, - deyə İrakli Kupradze bildirib.
Gürcüstan hökumətinin qərarına əsasən, 2024-cü ildə 70 yaşadək şəxslərin pensiyası 20 lari artaraq 315 lari, yüksək dağlıq yaşayış məntəqələrində yaşayanların pensiyası isə 380 lari olacaq. Yaşı 70 və yuxarı olan şəxslərin pensiyası 50 lari artaraq 415 lari olacaq. Yüksək dağlıq yaşayış məntəqələrində eyni kateqoriyadan olan pensiyaçılar 490 lari alacaqlar.