Bir neçə gün əvvəl “Mtis Ambebi” Saqareco bələdiyyə məclisi və şəhər meriyasının rayon məhkəməsində işi udub. Beş aydır ki, yerli hökumətdən tələb edirik ki, 2013-cü ildən bəri məmurlara verilən mükafatlara və müavinətlərə neçə min və ya yüz minlərlə lari xərcləndiyi barədə ictimaiyyətə məlumat versinlər. Hökumət bu məlumatı bizdən gizlədir. Amma ki, bütün 10 il ərzində etnik azərbaycanlıların məskunlaşdığı kəndlərdə uşaq bağçalarının olmaması yerli büdcədə kifayət qədər vəsaitin yoxluğu ilə izah edilirdi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Saqareco bələdiyyəsində 29 uşaq bağçası var. Bütün bələdiyyənin əhalisinin
33 %-nin yaşadığı (17 minə qədər nəfər) etnik azərbaycanlıların kəndləri istisna olmaqla, demək olar ki, hər bir gürcü kəndində məktəbəqədər təhsil müəssisəsi var.
Azlıqların məskunlaşdığı 9 kənd arasında yeganə istisna Düzəyrəmdir, 30-a qədər uşaq üçün yeganə uşaq bağçası var bu kənddə.
Vətəndaş bərabərliyi və inteqrasiyası üzrə dövlət strategiyasının sənədlərində vurğulanır ki, dövlət dilinin öyrənilməsinin ən səmərəli yolu ona məktəbəqədər təhsil səviyyəsindən başlamaqdır, lakin dövlət illərdir ki, gürcü dilinin tədrisini təşviq etmək üçün heç nə etmir.
Kaxeti bölgəsində 32.183 etnik azərbaycanlı yaşayır, onların 67 faizindən çoxu, 21.672 nəfəri, dövlət dilini bilmir.
Eynilə, Kvemo Kartlidə vəziyyət qeyri-bərabərdir. Rayonda 5 mindən çox uşaq bağçadan kənarda qalır.
Dmanisi bələdiyyəsinin 57 kəndindən yalnız yeddisində uşaq bağçası var. Rayon əhalisinin 65 faizini etnik azərbaycanlılar təşkil edir. Etnik azlıqların yaşadığı heç bir kənddə uşaq bağçası yoxdur.
Hətta Bolnisi rayonunda 48 kənddən cəmi beşində uşaq bağçası var. Etnik azlıqların yaşadığı heç bir kənddə uşaq bağçası yoxdur.
Tsalka bələdiyyəsinin 43 kəndindən yalnız altısında uşaq bağçası var. Əhalinin təxminən 53 %-ni etnik azlıqlar təşkil edir. Onların 39 %-ni ermənilər, 7%-ni, demək olar ki, azərbaycanlı və bir o qədərini də yunanlar təşkil edir. Ermənilərin və yunanların yaşadığı heç bir kənddə uşaq bağçası yoxdur. Məktəbəqədərki təhsil yalnız ermənilərin yaşadığı yeganə kənd olan Qızılkilisədə mövcuddur.
Qanunvericilik yerli hökumətləri müvafiq yaşda olan bütün uşaqların məktəbəqədərki təlim və təhsillə təmin edilməsini açıq şəkildə öhdələndirir. Təhsil hüququ Konstitusiya ilə təmin edilir.
2022-ci ilin 23 dekabr tarixində “Mtis Ambebi”nin dəstəyi ilə Keşəli, Qazlar və Muğanlıda yaşayan gənclər Saqareco Şəhər Şurasına müraciət edərək, Ləmbəli kəndində uşaq bağçasının yaradılmasını və onun fəaliyyətinin təmin edilməsini tələb edirdilər. Təkcə Ləmbəlidə 300-dən çox uşaq üçün məktəbəqədər təhsil əlçatan deyil. Bu, Saqareco bələdiyyəsində petisiya mexanizmindən ilk istifadə halıdır, amma ki, vətəndaşların özünüidarəetmənin həyata keçirilməsində iştirak forması kimi petisiya 7 il əvvəl məcəllə ilə müəyyən edilmişdi.
Saqareco Bələdiyyə Şurasının Bürosu Yerli Özünüidarəetmə Məcəlləsinin 86-cı maddəsi ilə müəyyən edilmiş müddəti kobud şəkildə pozaraq dekabrın 23-də təqdim edilmiş ərizəni yalnız bu gün müzakirə edərək, baxılması üçün meriyaya göndərib.
Saqareco Şəhər Şurasının reqlamentinə əsasən büronun sessiyasının işinə Şəhər Şurası sessiyasının müvafiq qaydaları şamil edilir. Qanuna görə Şəhər Şurasının sessiyası açıqdır və istənilən şəxsin əvvəlcədən icazə almadan iştirak etmək hüququ vardır. Buna baxmayaraq, “Mtis Ambebi”nin jurnalisti və advokatlaşdırma qrupunun nümayəndələri Şəhər Şurasının büro iclasına buraxılmayıb. Mühafizə polisi xüsusi olaraq Şəhər Şurası və meriya binalarının girişində səfərbər edilmişdi. Bildirirdilər ki, Saqareco Şəhər Şurasının sədri Aleksi Gilaşvili onlara jurnalistlərin Şəhər Şurasının binasına buraxılmaması göstərişi verib.
Mühafizə polisi əməkdaşlarının jurnalistlərə fiziki müqavimət göstərməklə onların peşə fəaliyyətinə qanunsuz mane olması faktına münasibət bildirilməsi məqsədilə “Mtis Ambebi” 1 saat ərzində 4 dəfə Daxili İşlər Nazirliyinə müraciət edib. Hər dəfə operatorlar bu mesajı Saqareco polisinə çatdırdıqlarını deyirdilər. Rayon polis şöbəsindən meriyanın binasına qədər maşınla maksimum 2-3 dəqiqəlik yoldur, hüquq-mühafizə orqanlarının əməkdaşları isə ümumiyyətlə, ortaya çıxmadılar.
“Mtis Ambebi” jurnalistin peşə fəaliyyətinə qanunsuz mane olma faktı ilə bağlı istintaqa başlanması tələbi ilə Xüsusi İstintaq Xidmətinə müraciət edir.